Sumqayıtda idmançını öldürən ata və oğul barəsində məhkəmə qərar qəbul etdi

Sumqayıtda idmançını öldürən ata və oğul barəsində məhkəmə qərar qəbul etdi

Sumqayıtda idmançını bıçaqlayaraq qətlə yetirən ata və oğlunun barələrində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

 

Sfera.az xəbər verir ki, Ali Məhkəmədə hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Əhəd İsmayılov və Ramil İsmayılov şikayətin geri götürülməsi ilə bağlı məhkəməyə müraciət edib.

 

Məhkəmə onların müraciətini nəzərə alıb.

 

Qeyd edək ki, birinci instansiya məhkəməsində dövlət ittihamçısı Ramil İsmayılovun 20 il, Əhəd İsmayılovun isə 19 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsi təqsirləndirilən şəxslərə nisbətən yüngül maddə əsasında cəza təyin edib. Daha sonra prokurorluq hökmdən apellyasiya şikayəti versə də, hökm dəyişdirilmədən saxlanılıb. Prokurorluğun Ali Məhkəməyə protest təqdim etməsindən sonra iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılıb.

 

Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə Ramil İsmayılovun cəzası 10 il 6 aydan 18 ilə, Əhəd İsmayılovun cəzası isə 9 ildən 16 ilə dəyişdirilib.


OXŞAR XƏBƏRLƏR

“Tərəfdaşlıqdan Tərəqqiyə” şüarı ilə Təhsilin İnkişafı Forumu gerçəkləşdi

Oktyabrın 8-də ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş Təhsilin İnkişafı Forumu Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu və Elm və Ali...

Astrologiyanın ən şorgöz BÜRCLƏRİ - ADLAR

Astrologiyada bəzi bürclər şorgözlüyü ilə seçilir. Onlar romantikdirlər, tək qala bilməzlər və bəyəndikləri insanları heyran etmək üçün əllərindən gələni e...

Muxtar Babayev ABŞ Prezidentinin baş müşaviri ilə görüşdü

COP29 prezidenti Muxtar Babayev ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta ilə görüşüb.   Sfera.az xəbər verir ki...

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mingəçevirdə olub - FOTOLAR

Oktyabrın 10-da Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli Mingəçevir şəhərində olub.  Sfera.az xəbər verir ki, əvvəlcə ulu öndər Heydər ...

Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR

A qan qrupuna aid olan insanların insult keçirmə ehtimalı digər qan qruplarına nisbətən 16 faiz daha çoxdur.   Sfera.az xəbər verir ki, bu barədə AB...

DSMF pensiyalarla bağlı məlumat yaydı

Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib.   Bu barədə Sfera.az-a Əmək və Əhalinin Sosial Müdaf...