Azərbaycanda qadın hakimlərin sayı sürətlə ARTIR - RƏQƏMLƏR

Son illərdə Azərbaycanda qadın hakimlərin sayında sürətli artım müşahidə edilir.
Sfera.az məhkəmə sisteminə aid məlumatlara istinadən xəbər verir ki, 2015-ci ildən bəri qadın hakimlərin sayı 2 dəfədən çox artıb.
2015-ci ildə 62 qadın hakim olub. 2023-cü ilin sonunda qadın hakimlərinin sayı 139-a çatıb. Doqquz il ərzində qadın hakimlərin sayının 77 nəfər və ya 2,24 dəfə artması qeydə alınıb.
Bu müddətdə kişi hakimlərin də sayı artaraq 451 nəfərdən 462 nəfərə yüksəlib.
Müqayisədən göründüyü kimi, qadın hakimlərin sayında artım sürəti çox yüksəkdir. Bunun hesabına 2015-ci ildə hakimlərin 12 faizi qadın olduğu halda, ötən ilin sonunda 23 faizi qadın olub.
2024-cü ilin əvvəlinə aid olan məlumata əsasən, ümumilikdə Azərbaycanda 601 hakim var. 2015-ci ilə nisbətən hakimlərin sayı 88 nəfər artıb.
Vasif