Bakının mərkəzində nəhəng piyada zonası: İctimai nəqliyyatın işinə necə təsir edəcək? - AÇIQLAMA

Bakının mərkəzində nəhəng piyada zonası: İctimai nəqliyyatın işinə necə təsir edəcək? - AÇIQLAMA

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Bakıda Səməd Vurğun küçəsi ilə Filarmoniya bağını birləşdirəcək nəhəng piyada zonası yaradılacaq. Növbəti mərhələdə həftəsonları yaxınlıqdakı küçələrdə də avtomobillərin hərəkəti məhdudlaşdırılacaq və bu ərazilər də piyadaların istifadəsinə veriləcək.


Nəzərə alsaq ki, Bakıda 750 mindən çox avtomobil var, yenə də ictimai nəqliyyatda sıxlıq müşahidə olunur. Mərkəzi hissəyə getmək istəyən hər kəs ictimai nəqliyyatdan istifadə etsə, onda vəziyyət necə olacaq? Belə olan halda, ictimai nəqliyyatın təkmilləşdirilməsi üçün hansı addımlar atılmalıdır?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, şəhərin mərkəzi hissəsinin əsasən piyada yönümlü olması üzrə işlər aparılır:
 
“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”inə görə, Azərbaycan 2030-cu ilə qədər təmiz ətraf mühit və yaşıl artım ölkəsi olmalıdır. Bu əsas hədəflərdən biri olduğu üçün indi çalışılır ki, Bakının mərkəz küçələri əsasən piyada yönümlü olsun. Həmçinin BMT-nin rəhbərliyi ilə iqlim dəyişikliyi ilə bağlı atmosferə buraxılan karbon dioksidin (CO2) azaldılması üçün hər bir ölkə öhdəlik götürüb. Biz də BMT-nin fəal üzvlərindən olduğumuz üçün atmosferə buraxılan karbon dioksidin (CO2) emissiyasının miqdarının azaldılmasına öhdəlik götürmüşük. Bu öhdəlik olmasa da, əsas prioritet insan sağlamlığıdır”. 

 

Ekspert qeyd edib ki, şəhərin mərkəzinə daxil olan avtomobil sayını azaltmaq üçün ictimai nəqliyyata daha çox yer verilməlidir.

 

E.Cəfərovun sözlərinə görə, ölkəmizə yeni elektrobusların gətirilməsi prosesi sürətlənib:

 

“Noyabr adına qədər 160 ədəd elektrobus gətirilməsi planlanıb, ilin sonuna qədər bu say artırılacaq. Əslində, şəhərdə ictimai nəqliyyatda istifadədə olanlar da daha çox ekoloji sağlam avtobuslardır. Yavaş-yavaş bugünkü müasir sərnişindaşıma tələblərinə, ekoloji standartlara cavab verməyən köhnə avtobuslar dövriyyədən çıxarılacaq”.

 

O sonda Bakıda Səməd Vurğun küçəsi ilə Filarmoniya bağını birləşdirəcək nəhəng piyada zonasının yaradılmasını təsəvvür edə bilmədiyini vurğuladı. Bildirdi ki, iki ərazi arasında məsafə çoxdur, hətta həmin hissədə İçərişəhər yerləşir. 

 

Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR

Sirri açılmayan 5 itkin faktı: “Yeni Bermud üçbucağında" nələr baş verir?

Benninqton üçbucağı yerli sakinlər və tədqiqatçılar arasında narahatlıq yaratmağa davam edir. Sfera.az bildirir ki, Vermontda (ABŞ) "Benninqton üçbuca...

Ember Herdin əkizlərinin atası İlon Maskdır? - FOTO

Xəbər verdiyimiz kimi, Conni Deppin keçmiş həyat yoldaşı ana olduğunu açıqlayıb. Lakin o, əkizlərin atası haqqında heç nə deməyib.   Sfera.az bildirir ...

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...