Oktyabrın 10, 11 və 12-si ilə bağlı ƏHALİYƏ XƏBƏRDARLIQ!

Oktyabrın 10, 11 və 12-si ilə bağlı ƏHALİYƏ XƏBƏRDARLIQ!

Oktyabrın 10-12-də güclü geomaqnit qasırğası baş verəcək.

 

Bu barədə Sfera.az-a Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Qeyd olunub ki, oktyabrın 9-da gecə saatlarında Günəşdə güclü X1.8 alışması baş verib. 

 

“Alışmalar səbəbindən yaranan güclü şüalanma və tac kütlə atılması (TKA) 10-12 oktyabr tarixlərində Yerə çatacaq. Günəş aktivliyinin 11-12 oktyabr tarixinədək yüksək aktiv səviyyədə olacağı, eləcə də X alışmaların ola biləcəyi proqnozlaşdırılır. Yaranan Günəş qasırğaları (S1-S2 - nəzərə alınmayan-orta) oktyabrın 10-dək davam edəcək. Sonrakı periodda fon səviyyəsinə enəcək. Həmin dövrdə Günəş küləyi parametrləri həyəcanlaşmış vəziyyətdə olacaq”.

 

Bildirilib ki, tac kütlə atılmalarının təsiri 10-12 oktyabr tarixlərində hiss ediləcək:

 

“Oktyabrın 12-dən intensivliyi azalacaq, sonradan parametrlər fon səviyyəsinə enəcək. Yaranacaq qəfil impuls xüsusi peyklər tərəfindən 30-45 dəqiqə müşahidə olunacaq, sonrakı mərhələdə Yerdə olan maqnetometrlər vasitəsi ilə qeydə alınacaq. 10-11 oktyabr tarixlərində Yerin geomaqnit sahəsi həyəcanlanmış səviyyədə, geomaqnit aktivliyi göstərən əmsal isə 6-7 olacaq. Oktyabrın 10-dan 11-nə keçən dövrdə G4 (güclü) geomaqnit qasırğasının olacağı proqnozlaşdırılır. Yerin maqnit sahəsinin təsirindən asılı olaraq geomaqnit sahə dəyişə bilər”.

 

Günay 
 


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...