Kiprdə VI Beynəlxalq Mədəniyyət Festivalı keçirildi

Kiprdə VI Beynəlxalq Mədəniyyət Festivalı keçirildi

Şimali Kipr Türk Cümhuriyyətinin İskele rayon bələdiyyəsinin təşkilatçılığı ilə “Bizim sevgimiz – sizin sevginizdir” adlı VI Beynəlxalq Mədəniyyət Festivalı keçirilib.

 

Sfera.az xəbər verir ki, festivalda ölkəmizi Azərbaycan-ŞKTC Dostluq Cəmiyyəti təmsil edib. Şimali Kiprdə keçirilən beynəlxalq festivalda dünyanın 21 ölkəsinin mədəniyyətinə və adət-ənənələrinə həsr olunmuş stendlər təşkil olunub.

 

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar və ölkənin turizm naziri Fikri Ataoğlu festivalda çıxış ediblər. Prezident Ersin Tatar öz nitqində Kipr türklərinin zəngin tarixinə diqqət çəkib, mədəniyyətlərarası əlaqələrin dərinləşdirilməsinin vacibliyini və əhəmiyyətini qeyd edib. “ŞKTC Şərqi Aralıq dənizində mədəniyyət və insan hüquqlarına dəyər verilən və hörmət edilən müstəqil türk dövlətidir. Kipr türkləri dünyanın bütün ölkələri ilə dialoqa hazırdır”, – deyə prezident Ersin Tatar vurğulayıb. Dövlət başçısı ölkəmizə həsr edilmiş kitabların, broşürlərin, kataloqların, eləcə də suvenirlərin təqdim olunduğu Azərbaycan stendini xüsusilə bəyəndiyini və sərginin yüksək bədii zövqlə hazırlandığını diqqətə çatdırıb.

 

Festivalda Azərbaycan-ŞKTC Dostluq Cəmiyyətinin rəqs qrupunun çıxışı alqışlarla qarşılanıb.

 

image-media-1713683736_cavansir_feyziyev564-kecymaps28qv607jfhbr-620x326

 

Festival haqqında fikirlərini bölüşən Milli Məclisin deputatı, Azərbaycan – Şimali Kipr Parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun sədri Cavanşir Feyziyev mədəniyyətlərarası dialoqun genişləndirilməsi baxımından bu festivalın mühüm əhəmiyyət daşıdığını və ölkələrarası əlaqələrin möhkəmləndirilməsinə böyük fayda verəcəyini bildirib.

 

Cavanşir Feyziyevin sözlərinə görə, Azərbaycan hər zaman Kiprin türk xalqını dəstəkləmək üçün addımlar atmağa çalışır və Şimali Kiprlə Mərkəzi Asiya ölkələri arasında dialoqun təşkilində fəal rol oynayır. Millət vəkili digər türk dövlətlərinin də ŞKTC ilə parlamentlərarası dostluq qrupları yaratmasının zəruriliyini vurğulayıb və Kipr türk xalqı üçün taleyüklü bir zamanda ŞKTC ilə bütün türk dövlətləri arasında siyasi-iqtisadi-mədəni münasibətlərin inkişaf etdirilməsinə ciddi ehtiyac olduğunu bildirib.


OXŞAR XƏBƏRLƏR

Göygöldə TIR sürücüsü olan Türkiyə vətəndaşı ÖLDÜ

Bakı-Qazax magistral yolunda Türkiyə vətəndaşı olan sürücü vəfat edib.   Sfera.az-ın məlumatına görə, Bakı-Qazax magistral yolunun Göygöl rayonu əraz...

Leyla Əliyeva Keniya Prezidenti ilə GÖRÜŞDÜ - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Nayrobi şəhərində Keniya Prezidenti Uilyam Samoei Ruto ilə görüşüb.   Sfera.az xəbər verir...

Xalq artisti Ofeliya Sənani palataya köçürüldü

Xətai Tibb Mərkəzinin Reanimasiya şöbəsində müalicə alan Xalq artisti Ofeliya Sənani palataya köçürülüb.   Sfera.az xəbər verir ki, bu barədə AP...

Şirkətlər banklardan 1,8 milyard manatdan çox depoziti geri çəkdi - SƏBƏB

Son bir ayda Azərbaycanda şirkətlər banklardan 1,8 milyard manatdan çox depoziti geri çəkib.   Bununla bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Eld...

Pakistanda terror hücumu nəticəsində azı 16 hərbçi öldü

Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində hərbi nəzarət-buraxılış məntəqəsinə hökumətə müxalif qruplara məxsus döyüşçülərin hücumu nəticəsində azı...

Bələdiyyə seçkilərində qeydə alınan namizədlərin sayı AÇIQLANDI

İndiyədək bələdiyyə seçkilərində 755 nəfər namizəd kimi qeydə alınıb.   Sfera.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçir...