Bakıda 1 ayda 40 əcnəbi saxlanıldı


Bakıda 1 ayda 40 əcnəbi saxlanıldı

Sentyabr ayı ərzində Bakı şəhərində qanunsuz yaşayan 40 əcnəbi polis əməkdaşları tərəfindən saxlanılıb. 

 

Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. 

 

Bildirilib ki, 2024-cü ilin sentyabr ayı ərzində Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin paytaxtın ərazi polis orqanlarının əməkdaşları ilə birgə Bakı şəhərində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının ərazisində olma və ya yaşama hüququ verən sənədlər olmadan, habelə qeydiyyatsız yaşayan, bir yerdən başqa yerə getdikdə olduğu yer və yaşayış yeri üzrə qeydiyyat qaydalarına əməl etməyən, Azərbaycan Respublikasında olma və ya yaşama müddəti qurtardıqdan sonra getməkdən boyun qaçıran 40 nəfər əcnəbi vətəndaş saxlanılıb. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati xəta protokolu tərtib olunub və  aidiyyəti üzrə təhvil veriliblər.

 

Qeyd edək ki, cari ilin əvvəlindən bu günə kimi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsi və respublikanın ərazi polis orqanlarının əməkdaşları ilə birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 413 nəfər əcnəbi vətəndaş müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.


OXŞAR XƏBƏRLƏR

“WhatsApp”dan möhtəşəm YENİLİK: Şirkətin əməkdaşı ilə...

“WhatsApp” istifadəçilərin problemlərini həll etmək üçün yenilik edib.   Sfera.az xəbər verir ki, tətbiq canlı dəstək xidmətini istifadəy...

Bayramda Qarabağa səfər edənlərə MÜRACİƏT

Daxili İşlər Nazirliyi bayram günlərində işğaldan azad olunan ərazilərə səfər edən şəxslərə müraciət ünvanlayıb.   Sfera.az məlumatına görə, müraciət...

Prezident xalqı TƏBRİK ETDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edi...

Azərin şikayəti rədd edildi- Zəhra ev dustaqlığına buraxıldı

“TikTok” əməliyyatı ilə həbs edilən aparıcı Azər Zahid və digərləri həbs qərarından narazıdır.   Sfera.az xəbər verir ki, Bakı Apellyasiy...

"Putin bu təbriklə həm onları "diriltmək" istəyir, həm də Azərbaycana..." - AÇIQLAMA

Bu gün Rusiya Prezidenti Vladimir Putin Ermənistandan olan keçmiş həmkarları Robert Köçəryan və Serj Sarkisyanı da təbrik edib. Bu barədə Kremlin mətbuat xidmə...

Rusiya və Ukrayna əsir mübadiləsi apardılar

Rusiya və Ukrayna əsir mübadiləsi həyata keçirib. Sfera.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.   “30 dekabrda a...