Logo

Sürücülük vəsiqəsi alan qadınların sayı sürətlə ARTIR - STATİSTİKA

Sürücülük vəsiqəsi alan qadınların sayı sürətlə ARTIR - STATİSTİKA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda son illərdə sürücülük vəsiqəsi alan qadınların sayında sürətli artım müşahidə edilir.

Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, 2009-ci ildə 5 666 qadın sürücülük vəsiqəsi aldığı halda, 2023-cü ildə 44 mindən çox qadın sürücülük vəsiqəsi alıb.

Sürücülük vəsiqəsi alan qadınların sayı 2008-2023-cü illərdə 235 654 min təşkil edib. Bu vəsiqəni alan kişilərin də sayı artır. Amma qadınların sayındakı artım daha sürətlə baş verir. Buna görə də 2009-cu ildə sürücülük vəsiqəsi alanların 4 faizi qadın olduğu halda, 2023-cü ildə 12 faizi qadın olub.

Qeyd edək ki, 2023-cü ildə 366 514 min nəfər sürücülük vəsiqəsi alıb. Onların 322 511 nəfəri kişi, 44 003 nəfəri qadındır.

Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR