Logo

“Milan”ın futbolçusu iki oyunluq cəzalandırıldı

"Milan"ın futbolçusu iki oyunluq cəzalandırıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İtaliyanın "Milan" komandasının futbolçusu Teo Hernandes iki oyunluq diskvalifikasiya edilib.

Sfera.az A Seriyasının rəsmi saytına istinadən xəbər verir ki, buna 27 yaşlı fransalı müdafiəçinin İtaliya çempionatının VII turunda “Fiorentina”ya qarşı keçirilmiş matçda (1:2) baş hakimə qarşı kobud davranışı səbəb olub. Referinin qərarlarından narazı qalan futbolçu onu sərt şəkildə tənqid edib.

Fransa yığmasının üzvü A Seriyasında "Udineze" və "Bolonya" ilə qarşılaşmalarda “Milan”a kömək edə bilməyəcək.

Qeyd edək ki, Teo Hernandes 2019-cu ildən İtaliya klubunda çıxış edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR