AZAL və “Ethiopian Airlines” tərəfdaşlıq anlaşması imzaladı

AZAL və “Ethiopian Airlines” tərəfdaşlıq anlaşması imzaladı

Azərbaycanın milli aviadaşıyıcısı AZAL “Ethiopian Airlines” ilə əməkdaşlıq çərçivəsində sərnişinləri üçün beynəlxalq səyahət imkanlarını genişləndirir.

 

Bu barədə Sfera.az-a “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən məlumat verilib. 

 

Bildiirlib ki, iki aviaşirkət arasında imzalanan tərəfdaşlıq müqaviləsinə əsasən, sərnişinlər artıq əlavə marşrutlara və daha rahat transferlərə çıxış əldə edirlər. Həmçinin bu əməkdaşlıq çərçivəsində baqajın bir dəfə qeydiyyata alınması xidməti təqdim edilir və hər iki aviaşirkətin uçuşları üçün vahid biletin rəsmləşdirilməsi imkanı yaradılır.

 

Bu anlaşma hər iki aviaşirkətin müştəriləri üçün rahat və komfortlu səyahət təcrübəsi təmin etmək istiqamətində mühüm bir addımdır. Belə ki, əməkdaşlıq çərçivəsində transfer zamanı baqajın yenidən qeydiyyata alınması ehtiyacı aradan qaldırılır və səyahət logistikası asanlaşdırılır. Sərnişinlər artıq Yaxın Şərq və Körfəz Əməkdaşlıq Şurası ölkələrində, eləcə də Hindistan yarımadasındakı hava limanları vasitəsilə rahat transferlərdən yararlana bilərlər ki, bu da beynəlxalq səyahətlərin təşkilini sadələşdirir.

 

“Ethiopian Airlines” ilə tərəfdaşlıq AZAL-ın beynəlxalq mövcudluğunu daha da möhkəmləndirir. Aviaşirkət sərnişinlərinə daha sərfəli və rahat səyahət təqdim etmək üçün digər aviadaşıyıcılarla əməkdaşlıqlarını davam etdirir. 

 

Afrikanın ən böyük aviaşirkəti olan “Ethiopian Airlines” bu əməkdaşlıqda mühüm rol oynayır. Aviaşirkətin geniş marşrut şəbəkəsi Afrika qitəsi boyunca COP29-a üzv olan ölkələrin əksəriyyətini əhatə edir.


OXŞAR XƏBƏRLƏR

Laçındakı meşə yanğını söndürüldü

Xəbər verdiyimiz kimi, ötən gün Laçın rayonunda meşə yanğını başlayıb.   FHN Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, hazırda ...

Qəbul imtahanının nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə iyulun 6-da keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.   Sfera.az xəbər verir ki...

“Səs Azərbaycan”ın iştirakçısı vəfat etdi -VİDEO

“Səs Azərbaycan”ın iştirakçısı, gənc müğənni Qəşəm Cəfərov vəfat edib. Sfera.az xəbər verir ki, bu barədə onun ailə üzvləri məlumat yayı...

Azərbaycanda unun topdansatış QİYMƏTİ AÇIQLANDI

Bu günə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 25,8-28 manat, o cümlədən Bakı şəhərində və Abşeron ...

PA rəhbəri Humeyd Obeyd Abuşibslə görüşdü - FOTO

İyulun 17-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hesablama Qurumunun sədri Humeyd O...

İsmayıllıda FACİƏ: 25 gün əvvəl doğulan körpə ölü tapıldı

İsmayıllıda körpə müəmmalı şəkildə ölüb.   Sfera.az bildirir ki, hadisə Qaraqaya kəndində qeydə alınıb.   25 gün əvvəl Bakı şəhərindəki xə...