Turizm zonalarında bəzi fəaliyyətlər qadağan olunur

Turizm zonalarında bəzi fəaliyyətlər qadağan olunur

Azərbaycanda turizm zonalarında bir sıra fəaliyyətlər qadağan olunur. 

 

Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununa təklif olunan dəyişiklikdə öz əksini tapıb.

 

Dəyişikliyə əsasən, turizm və rekreasiya zonalarının ərazisində bəzi fəaliyyət növlərinin həyata keçirilməsi (kimya sənayesi, metallurgiya, nüvə energetikası, tullantıların zərərsizləşdirilməsi və emalı müəssisələrinin fəaliyyəti) qadağan edilir.

 

Belə ki, layihə sözügedən zonaların xüsusiyyətləri nəzərə alınmaqla “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğunlaşdırma məqsədilə hazırlanıb.

 

Dəyişikliklər səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.


OXŞAR XƏBƏRLƏR

Ərdoğan Putinə hədiyyə göndərdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə ad günü münasibətilə hədiyyə göndərib.    Sfera.az “RBK” po...

Vəzifəli şəxsin qanunsuz əməllərinə dair cinayət işi məhkəməyə göndərildi

“İnvest.M Construction” MMC-nin direktorunun qanunsuz əməllərinə dair cinayət işi məhkəməyə göndərilib.   Bu barədə Sfera.az-a Baş Prokur...

TDT ölkələrinin səhiyyə nazirləri Şuşada bəyannamə qəbul etdilər

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin səhiyyə nazirlərinin V iclası Qazaxıstanda keçiriləcək.   Sfera.az xəbər verir ki, bu barədə qərar bu...

Rusiya mətbuatında "Turan ideyası" QORXUSU: "Çıxarılan nəticə yanlışdır..." - ŞƏRH

Oktyabrın 9-10-da Qırğızıstanın paytaxtı Bişkekdə türk dövlətlərinin süni intellekt üzrə ilk sammiti keçiriləcək.   Sfera.az-ın məlumatına görə, bunu...

Metroda bunu edənlər 200 manat cərimə ediləcək

Metropolitendə dəmir yoluna hər hansı əşyanın atılmasına görə cərimələr kəskin artırılıb.   Sfera.az xəbər verir ki, bu barədə təklif İnzibati Xətala...

Prezident Moskvada məhdud tərkibdə iclasda iştirak edir

Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilir.   Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev iclasda iştirak edir. ...