Daha 16 ailə doğma Şuşaya qayıdır

Daha 16 ailə doğma Şuşaya qayıdır

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə növbəti köç karvanı yola salınır.

 

Sfera.az xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı oktyabrın 8-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınır. Bu mərhələdə Şuşa şəhərinə 16 ailə - 60 nəfər köçürülür.

 

Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Şuşa şəhəri sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

 

Xatırladaq ki, indiyədək Şuşa şəhərində 220 ailənin, yəni 823 nəfərin daimi məskunlaşması təmin edilib.


OXŞAR XƏBƏRLƏR

Məişət tullantılarının kənar yerlərə atılmasına görə cərimə artırılır

Milli Məclis məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə cərimələrin artırılmasını birinci oxunuşda təsdiqlənib.   ...

"Bu tarixdən "Vahid tələbə kartı"nın verilməsinə başlanılır" - RƏSMİ

"Oktyabrın 15-dən Azərbaycanda tələbələrə "Vahid tələbə kartı"nın verilməsinə başlanılır. Tələbə plus kartının ilkin mərhələdə 170 min tələb...

""Sanksiyalar tələb edilir" görüntüsü yaradaraq..." - ABŞ-nin Azərbaycanla bağlı planı nədir?

Xəbər verdiyimiz kimi, 60-a yaxın amerikalı konqresmen və senator ABŞ hökumətinin Azərbaycana sanksiya tətbiq etməsi üçün Dövlət Departamentinə müraciət edib. ...

Şəmkirdə avtomobil aşdı - İki qardaş xəsarət aldı

Şəmkir rayonunun Yeni Həyat kəndində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.   Sfera.az report-a  istinadən xəbə...

"Rusiya ilə Azərbaycan arasında münasibətlər müsbət inkişaf edir" - Putin

Rusiya ilə Azərbaycan arasında münasibətlər müsbət inkişaf edir.   Sfera.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Pr...

Kəlbəcərdə beş turizm və rekreasiya zonası YARADILACAQ

Kəlbəcərdə beş turizm və rekreasiya zonası yaradılacaq.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri ...