"İndi subay oğlanlar boşanmış qadınlarla evlənirlər, çünki..." – AÇIQLAMA

"İndi subay oğlanlar boşanmış qadınlarla evlənirlər, çünki..." – AÇIQLAMA

Subay oğlanların boşanmış qadınlarla münasibət yaşadığını və evləndiyini tez-tez eşidirik.

 

Bəs bu nə ilə əlaqədardır?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan klinik psixoloq Nahidə Axundova bildirib ki, subay kişilərin boşanmış qadınlarla ailə qurma hallarının artması bir neçə sosial və mədəni faktorlarla izah edilir.

 

"Boşanma daha çox qəbul edilən bir hal olub. Əvvəllər boşanmış qadınlara qarşı mənfi stereotiplər mövcud idisə, indi bu baxışlar getdikcə zəifləyir və daha az əhəmiyyətli olur. İnsanlar evlilikləri və şəxsi həyatlarındakı seçimləri daha çox fərdi azadlıqlara əsasən qəbul edirlər. Düşünmək olar ki, boşanmış qadınların əvvəlki evliliklərindən müəyyən təcrübələr əldə etmələri onların gələcək münasibətlərə daha yetkin və məsuliyyətli yanaşmasına səbəb olur. Bununla da oğlanlar belə şəxslərlə ailə qurarkən ailənin daha stabil və sağlam münasibətlər üzərində qurulacağına inanırlar".

 

Psixoloq qeyd edib ki, son zamanlar subay kişilər yalnız gənc qadınlarla deyil, öz yaşlarına uyğun, həyat təcrübəsi olan qadınlarla da maraqlanmağa başlayıblar.

 

“Bu da onlarda boşanmış qadınların həyat təcrübəsinin daha cox olması kimi fikirlər yaradır. Gənclərdəki ailə anlayışı artıq əvvəlki dövrlərlə müqayisədə daha çox müasir münasibətlər, emosional və ruhi bağlılığa əsaslanır. Həyat yoldaşını yalnız fiziki ya da yaş statusuna görə deyil, şəxsi keyfiyyətlərinə və münasibətdə yaratdığı dəyərlərə görə seçirlər. Əlavə olaraq, cəmiyyətdə artıq ikinci şans konsepti getdikcə daha çox qəbul edilir. Boşanmış qadınlar həyatlarına yenidən başlamaq üçün bu şansı axtarır, eyni zamanda bəzi subay kişilər də keçmişdəki yanlışlıqları nəzərə alaraq, yeni münasibətlər qurmağa daha açıq olurlar. Bütün bu faktorlar subay kişilərin boşanmış qadınlarla ailə qurmasını daha geniş qəbul edilən və başadüşülən bir seçim halına gətirir”.

 

Ülkər Abdurahmanlı

 

 


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...