Azərbaycandakı 5 ulduzlu hotellərdə qiymət ARTDI

Azərbaycandakı 5 ulduzlu hotellərdə qiymət ARTDI

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı 5 ulduzlu hotellərdə onlayn bronlaşdırma sistemi olan booking.com üzrə bir gecə qalmaq üçün orta qiymət 227,7 manat təşkil edib.

 

Sfera.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38,7 % çoxdur.

 

Hesabat dövründə ən yüksək qiymət 344,2 manat olmaqla Qəbələdə qeydə alınıb. Bu, 1 il əvvələ nisbətən 15,6 % çoxdur.

 

İkinci yerdə 308,8 manat olmaqla Abşeron hotelləri qərarlaşıb. Bu, ötən illin eyni dövrü ilə müqayisədə 83,1 % çoxdur.

 

5 ulduzlu hotellər arasında üçüncü yeri isə 306,5 manat olmaqla Quba hotelləri tutub. Bu rayonda orta qiymət son 1 ildə 2 dəfə artıb.

 

Naftalanda ulduzlu hotellərdə bir gecə qalmaq 275 manata (11,5 %), Şamaxıda 223,9 manata (+ 18,5 % ), Bakıda 211,2 manata (40 %), Lənkəranda 183,3 manata (- 22,2 %), Şabranda 165,6 manata (9,9 %), Qaxda 161,6 manata (8,4 %), Şəmkirdə 157,6 manat (+38,2 %), İsmayıllıda 156,6 manat (ötən ilki rəqəm göstərilməyib) ötən il , Şəkidə 149,4 manat ( + 15,%), Naxçıvanda 126,3 manat (+26,3 %), Qusarda 108,8 manat (-48,1 % ) başa gəlib.


OXŞAR XƏBƏRLƏR

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq olundu

Oktyabrın 8-9-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən ...

Bakıda Qazaxıstanın iqlim təşəbbüsləri təqdim olundu

ADA Universitetində “COP29 çərçivəsində kənd təsərrüfatı və su resurslarının idarə edilməsində davamlılıq və yenilikçilik” mövzusunda beynəlxalq sim...

Bu şəxslər15 ilədək azadlıqdan məhrum ediləcək

Ekosistemə qəsdən genişmiqyaslı, uzunmüddətli və ciddi zərər vuranlar 10 ildən 15 ilədək azadlıqdan məhrum edilə bilər.   Sfera.az xəbər verir ki, bu...

COP29 konfrans məkanında ibadət otaqları təşkil ediləcək

Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) konfrans mək...

"Ermənistan konstitusiyasına dəyişiklik etməsə, sülh sazişi imzalana bilməz" - ŞƏRH

"Paşinyan Əliyevin yarımçıq sazişə belə imza atacağını zənn edirdi".   Sfera.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib....

"Azərbaycan Prezidenti adından saxta məlumat yayılıb" - Medianın İnkişafı Agentliyi

“X” sosial şəbəkəsində “@Dr.EliDavid” adlı hesab vasitəsilə Azərbaycan Respublikasının rəhbərliyi adından saxta məlumat yayılıb. &nbs...