Ötən ay xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıb - RƏSMİ

Ötən ay xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıb - RƏSMİ

Sentyabr ayı üzrə 787 müraciətçinin 554-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 233 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

 

Bu barədə Sfera.az-aTəhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.

 

Qeyd olunub ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə 209, təhsil forması səbəbilə 8, ekvivalenti olmayan ixtisas səbəbilə 6, dövlət nümunəli olmayan diplom səbəbilə 4, akkreditasiyasız filial səbəbilə 3, əczaçılıq ixtisası üzrə qiyabi formada təhsil alınması səbəbilə 2, bakalavr diplomu üzrə mənfi qərar verilməsi səbəbilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

 

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyədən 265, Rusiyadan 242, Ukraynadan 126, Gürcüstandan 40, Birləşmiş Krallıqdan 28, Belarusdan 21, Polşadan 10, Macarıstandan 8, Litvadan 6, Almaniyadan 5, Amerika Birləşmiş Ştatlarından 5, İtaliyadan 4, Niderlanddan 4, Çindən 3, İrandan 3, Kiprdən 3, Latviyadan 3, Qazaxıstandan 3, Bolqarıstandan 1, Çexdən 1, Fransadan 1, Kanadadan 1, Malayziyadan 1, Özbəkistandan 1, Pakistandan 1, Qırğızıstandan 1 müraciətin olduğu müşahidə olunur.

 

Ən çox müraciət olunan ixtisaslara gəlincə, maliyyə üzrə 57, biznesin idarə edilməsi üzrə 53, menecment üzrə 51, iqtisadiyyat üzrə 49, tibb üzrə 34 müraciət qeydə alınıb.


OXŞAR XƏBƏRLƏR

Bakıda Qazaxıstanın iqlim təşəbbüsləri təqdim olundu

ADA Universitetində “COP29 çərçivəsində kənd təsərrüfatı və su resurslarının idarə edilməsində davamlılıq və yenilikçilik” mövzusunda beynəlxalq sim...

Bu şəxslər15 ilədək azadlıqdan məhrum ediləcək

Ekosistemə qəsdən genişmiqyaslı, uzunmüddətli və ciddi zərər vuranlar 10 ildən 15 ilədək azadlıqdan məhrum edilə bilər.   Sfera.az xəbər verir ki, bu...

COP29 konfrans məkanında ibadət otaqları təşkil ediləcək

Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) konfrans mək...

"Ermənistan konstitusiyasına dəyişiklik etməsə, sülh sazişi imzalana bilməz" - ŞƏRH

"Paşinyan Əliyevin yarımçıq sazişə belə imza atacağını zənn edirdi".   Sfera.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib....

"Azərbaycan Prezidenti adından saxta məlumat yayılıb" - Medianın İnkişafı Agentliyi

“X” sosial şəbəkəsində “@Dr.EliDavid” adlı hesab vasitəsilə Azərbaycan Respublikasının rəhbərliyi adından saxta məlumat yayılıb. &nbs...

Yeni COVID variantı sürətlə yayılır: Təhlükə barədə XƏBƏRDARLIQ

İlk dəfə 2024-cü ilin iyununda müəyyən edilən COVID-in XEC variantı artıq Böyük Britaniya, ABŞ, Danimarka və bir sıra digər ölkələrdə aşkarlanıb. Mütəxəssislər ...