AZAL bu tarixlərdə xüsusi endirimlər edəcək

AZAL bu tarixlərdə xüsusi endirimlər edəcək

Cari ilin 11-22 noyabr tarixləri arasında Bakıda keçiriləcək COP29 konfransı ərəfəsində ölkəyə səfər edəcək şəxslərə “Azərbaycan Hava Yolları” (AZAL) tərəfindən xüsusi endirimlər təklif edilir.

 

Qurumdan Sfera.az-a verlən xəbərə görə, kampaniya çərçivəsində COP29 ərəfəsində Bakıya səfər etmək niyyətində olan şəxslər AZAL-ın biznes, premium ekonom və ekonom siniflərindən olan aviabiletlərini 10% endirimlə əldə edə biləcəklər. Endirimdən yararlanmaq istəyənlər AZAL-ın rəsmi veb-saytı və ya mobil tətbiqi vasitəsilə aviabilet alışı zamanı VISITCOP29 promokodundan istifadə etməlidirlər.

 

Güzəştlərdən AZAL-ın bütün beynəlxalq müntəzəm reysləri üzrə səyahət edən və yaşı 18-dən yuxarı olan şəxslər yararlana bilərlər. Endirimli aviabiletləri 08 noyabr 2024-cü il tarixinədək əldə etmək mümkündür. Qeyd edək ki, güzəştli aviabiletlər yalnız bu ilin 1 noyabr – 1 dekabr tarixləri arasında həyata keçiriləcək uçuşlara şamil olunur.


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...