“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: KAMPANİYA NOYABRADƏK UZADILDI

“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: KAMPANİYA NOYABRADƏK UZADILDI

“Kontakt” mağazalar şəbəkəsinin böyük coşqu ilə davam edən “Şeş-Qoşa” kampaniyası yenə unudulmaz anlar yaşatdı! Kampaniyanın böyük final tədbirində möhtəşəm sürprizlər və həyəcan dolu anlar yaşandı, növbəti "Toyota Corolla Cross" avtomobili öz sahibini tapdı.

 

Bu şanslı iştirakçı isə evinin yaxınlığındakı “Kontakt”a sadəcə bir aspirator almağa gələn Ləman Mirzəyeva oldu! Oğlu Fatehin əlinin düşərli olduğuna inanan Ləman xanım o gözlənilməz anı belə ifadə edir:

 

 “Bu gün həyatımın ən böyük hədiyyəsini aldım! Tamamilə oğlumun şansı olduğuna inanıram. Çünki o maşını mağazanın önündə gördüyü ilk gündən deyirdi ki,ana, bu maşın sənin olacaq. İlk şeşləri atanda onunla idim, finala da şeş-qoşa atmağa onunla gəldim. O əmin idi, mən isə narahat. Maşının açarlarını əlimdə tutana qədər inana bilmirdim ki, bu doğrudan da baş verir. Sabahdan sürücülük dərslərinə başlayıram”

 

Ləman xanımdan əlavə, finalda düz 16 nəfər iştirakçı kampaniyanın mükafatları uğrunda şanslarını sınayıb. Hər atışın səhnə monitorlarında və sosial mediada canlı yayımda nümayiş etdirildiyi bu tədbirdə cüt zərlər təkcə Ləman xanımın üzünə gülüb. Kampaniyanın “Hər kəs sevinəcək” devizinə uyğun olaraq isə digər iştirakçıların hər biri aldıqları məhsulun tam dəyərinin 100%-ni və "Kontakt"dan hədiyyə kartı qazandılar.

 

Tədbirin ən maraq doğuran tərəfi isə Xalq artisti Aygün Kazımovanın səhnəyə tamam fərqli obrazda çıxması oldu. “Kontakt” sevərləri və öz sevənlərini bir araya toplayan Kazımova hit ifaları ilə gecəyə xüsusi rəng qatdı və daha da önəmlisi, avtomobil qalibinə açarları şəxsən özü təqdim etdi. Pop-divanın sevinclə elan etdiyi başqa bir xəbər isə o oldu ki, "Şeş-Qoşa" kampaniyası noyabrın sonuna qədər uzadıldı!  Yəni, yenə və yenidən iki böyük mükafat - “Toyota Corolla Cross” “Sea Breeze”dən lüks mənzil qazanmaq imkanınız olacaq!

 

Odur ki, böyük hədiyyələr və sevinc dolu anlar yaşadan “Şeş-Qoşa” kampaniyası bütün sürəti ilə davam edir. Bu dəfə şanslılar siyahısında sizin də adınız ola bilər.

 

Daha ətraflı məlumat əldə etmək üçün bu keçidə daxil ola bilərsiniz.

 


OXŞAR XƏBƏRLƏR

"Maarifçi" tələbə-məzun təcrübə proqramının yeni iştirakçıları ilə görüş keçirildi - FOTO

Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə həyata keçirilən “Maarifçi” tələbə-məzun təcrübə proqramına II seçim turunda uğu...

"Onların oynadıqları oyun nəinki Ermənistan, həm də region üçün təhlükədir" - ŞƏRH

“Azərbaycanın həm Cənubi Qafqazda möhkəmlənməsi, həm daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək”. Bunu P...

“Heç bir məyusluğum yoxdur..." - Mayis Bərxudarov

Xəbər verdiyimiz kimi, II ordu korpusunun komandiri general-leytenant Mayis Bərxudarov vəzifəsindən azad edilərək sərəncama götürülüb.   Sfera.az-ın ...

Vəzifəli şəxslərə 65 min ödətdirildi - Külli miqdarda mənimsəmə ilə bağlı RƏSMİ AÇIQLAMA

Ağdaş rayon Kotavan bələdiyyəsinin sədri, «Abadlıq-2012» MMC-nin direktoru və mühasibinin qanunsuz əməllərinə dair istintaqı aparılan cinayət işi ye...

Qazaxıstanda mədəndə qəza baş verib: Həlak olanlar var

Qazaxıstanın Balxaş şəhəri yaxınlığında yerləşən "Sayak" mədənində baş verən qəzada iki işçi həlak olub.   Sfera.az bu barədə "Sputnik...

Kiyevdə güclü partlayış OLDU

Ukraynanın paytaxtı Kiyevdə güclü partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu  barədə Ukrayna KİV-ləri məlumat yayıb.   Ş...