MN və BQXK Bakıda mühüm tədbirə başladı

MN və BQXK Bakıda mühüm tədbirə başladı

Müdafiə Nazirliyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) təşkilatçılığı ilə oktyabrın 7-də Bakıda “Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar” (SWIRMO) öz işinə başlayıb.

 

Sfera.az xəbər verir ki, BQXK-nın mühüm tədbirlərindən biri olan seminarda 70-dən çox ölkəni təmsil edən yüksək rütbəli zabitlər iştirak edirlər.

 

Məqsəd hərbi əməliyyatların idarə olunmasına dair beynəlxalq qaydaların anlaşılmasını dərinləşdirmək, müasir döyüş meydanında beynəlxalq humanitar hüququn tətbiqi ilə bağlı problemləri araşdırmaq, bu hüququ hərbi planlaşdırma, əməliyyatların aparılması və əxlaqi dəyərlərin gücləndirilməsinə inteqrasiya etmək, həmçinin eyni məkanda çalışan hərbçilərlə BQXK arasında qarşılıqlı anlaşmanı inkişaf etdirməkdir.

 

Seminar, əsasən, müharibə təcrübəsi keçən ölkələrdən məhz beynəlxalq humanitar hüququn əsasları, norma və prinsiplərinə riayət edən ölkələrin ərazilərində keçirilir.

 

Azərbaycan Ordusunun hərbi qulluqçuları seminarda öz təcrübələrini bölüşəcəklər.

 

Seminarda BQXK-nın yaranma tarixi və indiki fəaliyyəti, silahlılarla dialoqun aparılması, hərbi əməliyyatlar və hüquq, hüququn inteqrasiyası, beynəlxalq humanitar hüquq və hədəfəalma, Azərbaycan Ordusunda beynəlxalq humanitar hüququn tətbiqi və digər mövzularda çıxışlar təqdim ediləcək.

 

Seminar oktyabrın 12-dək davam edəcək.


OXŞAR XƏBƏRLƏR

"Onların oynadıqları oyun nəinki Ermənistan, həm də region üçün təhlükədir" - ŞƏRH

“Azərbaycanın həm Cənubi Qafqazda möhkəmlənməsi, həm daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək”. Bunu P...

“Heç bir məyusluğum yoxdur..." - Mayis Bərxudarov

Xəbər verdiyimiz kimi, II ordu korpusunun komandiri general-leytenant Mayis Bərxudarov vəzifəsindən azad edilərək sərəncama götürülüb.   Sfera.az-ın ...

Vəzifəli şəxslərə 65 min ödətdirildi - Külli miqdarda mənimsəmə ilə bağlı RƏSMİ AÇIQLAMA

Ağdaş rayon Kotavan bələdiyyəsinin sədri, «Abadlıq-2012» MMC-nin direktoru və mühasibinin qanunsuz əməllərinə dair istintaqı aparılan cinayət işi ye...

Qazaxıstanda mədəndə qəza baş verib: Həlak olanlar var

Qazaxıstanın Balxaş şəhəri yaxınlığında yerləşən "Sayak" mədənində baş verən qəzada iki işçi həlak olub.   Sfera.az bu barədə "Sputnik...

Kiyevdə güclü partlayış OLDU

Ukraynanın paytaxtı Kiyevdə güclü partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu  barədə Ukrayna KİV-ləri məlumat yayıb.   Ş...

Bakıda ictimai nəqliyyatın əlçatan olması üçün növbəti addımlar atıldı

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda ictimai nəqliyyatın əlçatan olması üçün növbəti addımları a...