Hakerdən məsləhət: Hansı şifrələri istifadə etmək olmaz?

Hakerdən məsləhət: Hansı şifrələri istifadə etmək olmaz?

Mürəkkəb şifrələri "sındırmaq" üzrə mütəxəssis olan haker Co Kokkroft hansı parollardan istifadə etməmək lazım olduğunu açıqlayıb.

 

Sfera.az xəbər verir ki, bu barədə championat.com məlumat yayıb.

 

Ekspertin fikrincə, identifikasiya edilə bilən məlumatdan istifadə etmək olmaz.

 

"Sevimli futbol komandanız, ailə üzvlərinizin adları və ya yaşadığınız şəhər kimi identifikasiya məlumatlarından istifadə, şifrəni təxmin etməyi asanlaşdırır. Bu məlumatı yadda saxlamaq asan olsa da, sosial media profillərinizi qısa şəkildə öyrəndikdən sonra hakerlər tərəfindən şifrələr asanlıqla müəyyən edilə bilər. Lakin parolların müntəzəm olaraq dəyişdirilməsi xeyirdən çox zərər verə bilər", - Kokkroft bildirib.

 

O, həmçinin müxtəlif sistemlərə daxil olmaq üçün eyni parollardan istifadə etməyi tövsiyə etmir: "Hakerlər onlardan birini sındıracaq, sonra isə digərlərinə giriş əldə edəcəklər. Bəzi parollar hakerlər tərəfindən bir neçə saniyə ərzində sındırıla bilər. Üstəlik, onlardan ən təhlükəlisi "123456" paroludur. Mürəkkəb parollar, məlumatlarınızı təhlükəsiz saxlamağın ən asan yoludur. Rəqəmlərin, simvolların və hərflərin birləşməsindən ibarət olmalıdır", - haker əlavə edib. (oxu.az)

 

 


OXŞAR XƏBƏRLƏR

Səfirimizdən Azərbaycana qarşı qərəzli iddialara cavab

COP29 öncəsi ölkəmizə qarşı səsləndirilən əsassız iddialara cavab olaraq Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanovun nüfuzlu “The Telegraph”...

Bakıda hərbi sursatlar aşkarlandı - VİDEO

Bakı şəhərinin Nərimanov rayonu ərazisində hərbi sursatlar aşkar edilib.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətind...

“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: KAMPANİYA NOYABRADƏK UZADILDI

“Kontakt” mağazalar şəbəkəsinin böyük coşqu ilə davam edən “Şeş-Qoşa” kampaniyası yenə unudulmaz anlar yaşatdı! Kampaniyanın böyük final...

MN və BQXK Bakıda mühüm tədbirə başladı

Müdafiə Nazirliyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) təşkilatçılığı ilə oktyabrın 7-də Bakıda “Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq q...

DSX əməkdaşı faciəvi şəkildə öldü

Şəmkirdə 35 yaşlı kişinin Kür çayında boğularaq ölməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.   Sfera.az-ın məlumatına görə, çayda boğulan ...

Azərbaycanda vəzifəli şəxs işdən çıxarıldı

Abşeron Suvarma Sistemləri İdarəsinin rəisi Yusif Ələsgərov vəzifəsindən azad edilib.   Sfera.az xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət Su E...