Bakıda 22 il əvvəl törədilən cinayətin üstü açıldı


Bakıda 22 il əvvəl törədilən cinayətin üstü açıldı

Bakı şəhərinin Suraxanı Rayon Prokurorluğu və rayon polis idarəsinin əməkdaşları 22 il əvvəl, yəni 09.04.2002-ci ildə Hövsan qəsəbəsi ərazisində törədilmiş 1989-cu il təvəllüdlü, 13 yaşlı Z.D-nin (şərti) yaşadığı mənzildə zorakılıq hərəkətlərinə məruz qalması və xüsusi amansızlıqla qəsdən öldürülməsi cinayətlərinin üstünün açılmasını təmin edib.

 

Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

 

Belə ki, toplanmış sübutlarla 1980-ci il təvəllüdlü M.E-nin (şərti) həmin tarixdə yetkinlik yaşına çatmayan Z.D-yə qarşı zorakılıq hərəkətləri etməsinə, daha sonra isə Z.D baş verənlər barədə şikayət edəcəyini bildirdiyi üçün sonuncunun anası B.A ilə birgə çoxsaylı xəsarətlər yetirib başqa cinayəti gizlətmək və digər qanunsuz hərəkətlərlə əlaqədar xüsusi amansızlıqla qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

 

M.E və B.A cinayət törətməkdə şübhəli şəxs qismində tutularaq bu gün Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6-cı (bir qrup şəxs tərəfindən xüsusi amansızlıqla və başqa cinayəti gizlətməklə əlaqədar adam öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, barələrində müstəntiqin vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında Suraxanı Rayon Məhkəməsinin qərarları ilə həbs qətimkan tədbirləri seçilib.


OXŞAR XƏBƏRLƏR

"Kuruluş Osman"ın aktyorundan Əməkdar artistlə bağlı paylaşım -FOTO

Türkiyəli aktyor Kemal Başar Əməkdar artist Elxan Yunislə bağlı paylaşım edib.   Sfera.az xəbər verir ki, aktyorlar İstanbulda görüşüblər. &n...

İçərisində 278 sərnişin olan qayıq batıb: Tələfat və itkilər var

Konqoda 278 sərnişini olan qayıq sahildən 700 metr aralıda çevrilərək batıb. 78 nəfər ölüb, onlarla insan itkin düşüb.   Sfera.az bildirir ki, qayıq bi...

Bir qrup deputat xarici işlər naziri Ceyhun Bayramova müraciət etdi

Azərbaycan Respublikası VII çağırış Milli Məclisinin bir qrup depuatı xarici işlər naziri Ceyhun Bayramova müraciət edib.   Sfera.az m...

İnsan, Cəmiyyət və Müəllim

İnsanın yaranışını möcüzə hesab edirlərsə, bütün məziyyətləri ilə birlikdə yaxşı bir insanın yetişdirilməsi ikiqat möcüzə hesab olunmalıdır. Əminəm ki, həyatda ...

Yeni fırıldaqçılıq növü: İnsanları bu yolla aldadırlar - XƏBƏRDARLIQ

Son zamanlar saxta investisiya və maliyyə təkliflərinin sayı xeyli artıb. Maliyyə fırıldaqçıları üçün əsas auditoriya isə sosial şəbəkələrdir.   Fırı...

Melaniya Tramp ərinin təşəbbüsünə açıq şəkildə qarşı çıxdı

ABŞ-ın keçmiş və bəlkə də gələcək birinci xanımı Melaniya Tramp prezident seçiləcəyi təqdirdə aborta qadağa qoyacağını vəd edən respublikaçı ərinə qarşı çıxıb. ...