Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak etdi

Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak etdi

Oktyabrın 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində MDB-yə üzv ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 55-ci iclası keçirilib və Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev tədbirdə iştirak edib.

 

Sfera.az DTX-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, öncə nümayəndə heyətlərinin rəhbərləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən qəbul edilib. Daha sonra Şuranın iclası öz işinə başlayıb.

 

İclas çərçivəsində MDB ölkələrinin təhlükəsizliyinin məruz qaldığı xarici təsirlər, təşkilata üzv dövlətlərin üzləşdikləri təhdidlər, xüsusən də beynəlxalq terrorçuluğa və dini ekstremizmə qarşı aparılan birgə mübarizənin səmərəliliyinin artırılması barədə çıxışlar edilmiş və ətraflı fikir mübadiləsi aparılmışdır. Bildirilmişdir ki, MDB məkanında yerləşən respublikaların təhlükəsizliyinə yönələn müasir çağırışlar, regionda sabitliyin pozulmasını qarşılarına məqsəd kimi qoymuş və bölgədə ümumi vəziyyətin gərgin saxlanılmasında maraqlı olan bəzi xarici dairələrinin kəşfiyyat-pozuculuq əməlləri ilə müşayiət edilən destruktiv fəaliyyət Birlik dövlətlərinin xüsusi xidmət orqanlarının daim ayıq-sayıq olmasını, səyləri birləşdirərək koordinasiyalı şəkildə işləməsini, əməkdaşlığın davamlı gücləndirilməsini, qazanılmış təcrübənin və əldə olunan əməliyyat məlumatlarının tərəfdaş qurumlar arasında mütəmadi bölüşülməsini zəruri edir.

 

Həmçinin qeyd olunub ki, təhlükəsizliyin təminatını ciddi risk altına alan transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq, qeyri-qanuni miqrasiya kimi məsələlərin son zamanlar özünü daha qabarıq göstərməsi MDB ölkələrinin xüsusi xidmət orqanlarının bu hallara qarşı getdikcə daha kəsərli addımlar atmalı olduğunu şərtləndirir.

 

Tədbirin gedişatında mənfi təzahürlərlə mübarizədə təhlükəsizlik təşkilatlarının qarşısında duran mühüm vəzifələr və gələcəkdə həyata keçirilməsi vacib olan tədbirlərə dair geniş müzakirələr aparılıb.


OXŞAR XƏBƏRLƏR

Yeni fırıldaqçılıq növü: İnsanları bu yolla aldadırlar - XƏBƏRDARLIQ

Son zamanlar saxta investisiya və maliyyə təkliflərinin sayı xeyli artıb. Maliyyə fırıldaqçıları üçün əsas auditoriya isə sosial şəbəkələrdir.   Fırı...

Melaniya Tramp ərinin təşəbbüsünə açıq şəkildə qarşı çıxdı

ABŞ-ın keçmiş və bəlkə də gələcək birinci xanımı Melaniya Tramp prezident seçiləcəyi təqdirdə aborta qadağa qoyacağını vəd edən respublikaçı ərinə qarşı çıxıb. ...

Bakı-Qazax yolunda qəza: piyada öldü

Ucarda ölümlə nəticələnən yol qəzası qeydə alınıb.   Sfera.az xəbər verir ki, hadisə günorta saatlarında Bakı-Qazax avtomobil yolunun Ucarın Təz...

Məşhur cizgi filmlərinin yaradıcısı öldü

“Soyuzmultfilm” kinostudiyasının keçmiş baş redaktoru Tatyana Paporova 82 yaşında vəfat edib.   Sfera.az xəbər verir ki, məlumatı ki...

Bakıda 22 il əvvəl törədilən cinayətin üstü açıldı

Bakı şəhərinin Suraxanı Rayon Prokurorluğu və rayon polis idarəsinin əməkdaşları 22 il əvvəl, yəni 09.04.2002-ci ildə Hövsan qəsəbəsi ərazisində törədilmiş 1989...

Bakıda 5 marşrutun hərəkət istiqaməti dəyişdirildi

Bu gündən etibarən Bakının Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində (28 May küçəsindən Üzeyir Hacıbəyli küçəsinə qədər) təmir işləri ilə əlaqədar nəqliyyat ...