Xuliqanlıqda ittiham olunan Ağadadaş Ağayev Qırğızıstana toya gedib? - AÇIQLAMA

Xuliqanlıqda ittiham olunan Ağadadaş Ağayev Qırğızıstana toya gedib? - AÇIQLAMA

Xuliqanlıqda ittiham olunan Xalq artisti Ağadadaş Ağayevin xarici ölkəyə getməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

 

Sfera.az Qafqazinfo-ya istinadən xəbər verir ki, müğənninin Qırğızıstanda çəkildiyi iddia olunan videosu onun istintaqı davam etdiyi halda ölkədən necə çıxması barədə müzakirələrə səbəb olub.

 

Müğənninin vəkili Asim Abbasov iddialara aydınlıq gətirib.

 

Vəkilin dediyinə görə, yayılmış görüntülər köhnə kadrlardır: “Ağadadaş Ağayev ölkəni tərk etməyib, Bakıdakı evindədir. Öz sənəti ilə məşğuldur”, - vəkil bildirib.

 

Qeyd edək ki, hadisə bu ilin iyul ayında baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb. Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb. Balta isə klinikada çalışan qadın N.Paşayevaya dəyərək xəsarət yetirib.

 

Hadisəyə görə Ağadadaş Ağayev və mühafizəçi barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Barələrində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib. 

 

Hazırda ibtidai istintaq davam edir.

 

 


OXŞAR XƏBƏRLƏR

Sabah bu istiqamətdə avtobuslar pulsuz olacaq

İyulun 27-də Castin Timberleykin konsertinə ödənişsiz avtobuslar təşkil olunacaq.   Sfera.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazir...

İsti hava ilə bağlı şəkər xəstələrinə XƏBƏRDARLIQ! - Bu qaydalara əməl edin

İsti hava şəkərli diabet xəstələrinin sağlamlığı üçün ciddi risklər yaranır.   Sfera.az-ın məlumatına görə, rusiyalı endokrinoloq Anas Əlfərrac TASS-...

Qaxda 8 yaşlı uşağıMAŞIN VURDU

Qaxda 8 yaşlı qızı maşın vurub. Sfera.az xəbər verir ki, Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Qaxın Tasmalı kəndində baş verib...

Elmi tədqiqatlarda da süni intellektdən istifadə ediləcək

Yeni araşdırmalara görə, süni intellekt artıq yalnız texniki vasitə deyil, elmi tədqiqatların bütün mərhələlərində fəal iştirak edən tərəfdaş rolunu oynamağa ba...

Pezeşkiandan Azərbaycanla bağlı çağırış

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, onun administrasiyasının xarici siyasət prioriteti qonşu ölkələrlə əlaqələri gücləndirməkdir.   Sfera.az...

Müəllim olmaq istəyən şəhid ailə üzvlərinin nəzərinə!

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinin vakansiya seçimi mərhələsinə başlanılıb.   Sfera.az xəbər verir...