Baş prokuror Türkiyə Respublikasının Ədliyyə naziri ilə görüşdü - FOTO

Baş prokuror Türkiyə Respublikasının Ədliyyə naziri ilə görüşdü - FOTO

Oktyabrın 4-də Baş prokuror Kamran Əliyev ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikasının Ədliyyə naziri Yılmaz Tunçla görüşüb

 

Sfera.az xəbər verir ki, görüş zamanı iki dövlət arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafının dövlət başçıları cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın birgə səyləri sayəsində ən yüksək müttəfiqlik səviyyəsinə yüksəldiyi qeyd olunub.

 

Kamran Əliyev Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsi və ondan sonrakı proseslərdə Türkiyə dövlətinin və xalqının siyasi və mənəvi dəstəyinə görə təşəkkürünü ifadə edib. 

 

Baş prokuror 2021-ci ildə Bakıda təsis olunmuş TDT-nin Baş Prokurorlar Şurasının hüquqi əməkdaşlığımızın genişləndirilməsi üçün səmərəli platforma olduğunu vurğulayıb.

 

2023-cü ildə Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi ərəfəsində Ankara şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Baş Prokurorları Şurasının 2-ci iclasında iştirakını xatırladan Baş prokuror, həmin tədbirin üzv dövlətlərdə qanunçuluğun və hüquq qaydasının təmin edilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, cinayətkarlığın bütün formalarına qarşı mübarizə sahəsində səylərin birləşdirilməsinə və qarşılıqlı əməkdaşlığın daha səmərəli həyata keçirilməsinə mühüm töhfə verdiyini diqqətə çatdırıb.

 

Həmçinin, Baş prokuror ölkəmizdə həyata keçirilən hüquq islahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin müasirləşdirilməsi istiqamətində aparılan köklü islahatlar barədə məlumat verib.

 

Səmimi qəbula görə öz təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Yılmaz Tunç ölkələrimizin prokurorluq, məhkəmə və ədliyyə orqanları arasında əlaqələrin yüksək səviyyədə inkişaf etməsini və səmərəli əməkdaşlığın həyata keçirildiyini qeyd edib.

 

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılaraq, iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.

 

Nümayəndə heyəti daha sonra Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olub.

 

Görüşdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı da iştirak edib.


OXŞAR XƏBƏRLƏR

Ağacları kəsməyə görə cəzalar sərtləşdirilir - 7 ilədək həbs

Qanunsuz olaraq ağacları, kolları və ya digər yaşıllıqları kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilir.   Sfera.az xəbər verir ki, bu, Cin...

Millət vəkili Gülşən Paşayeva seçicilərlə görüşəcək

Millət vəkili Gülşən Paşayevanın seçicilərlə görüşü keçiriləcək.   Sfera.az bildirir ki, bu barədə millət vəkili sosial şəbəkə hesabında pa...

Rusiya “Taliban”ı terrorçular siyahısından çıxaracaq

Rusiya Xarici İşlər Nazirliyi Talibanın terrorçular siyahısından çıxarılması üçün hüquqi işlərin başa çatdığını açıqlayıb. Bunu Rusiya prezidentinin Əfqanıstan ...

Rusiya-Ukrayna müharibəsində bu tarixdə yenilik olacaq

NATO-nun keçmiş baş katibi Yens Stoltenberq hesab edir ki, ABŞ-də keçirilən seçkilərdən sonra Ukrayna münaqişəsinin həlli istiqamətində müəyyən yeni təkan olaca...

Ərdoğan: Yaxın Şərqdə hiyləgər planlar işə düşüb

Yaxın Şərqlə hiyləgər planlar işə düşüb.   Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adanada "TEKNOFEST 2024" f...

Aİ rəsmisindən Gürcüstanla bağlı ŞOK AÇIQLAMA

Avropa İttifaqı Gürcüstana qarşı sanksiyalar tətbiq edə bilər.   Sfera.az xəbər verir ki, bu barədə "Reuters" Aİ-nin Tiflisdəki səfiri...