Baş nazirin müavini Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşdü


Baş nazirin müavini Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşdü

Baş nazirin müavini Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb.

 

Sfera.az xəbər verir ki, Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev oktyabrın 4-də Türkiyə Respublikasının ədliyyə naziri Yılmaz Tunçla görüşüb.

 

Görüş zamanı Azərbaycan və Türkiyə prezidentlərinin birgə səyləri ilə iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə dinamik inkişafından məmnunluq ifadə olunub.

 

Azərbaycanda məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi, ədliyyə orqanlarının və məhkəmələrin işinin müasir dövrün tələblərinə və beynəlxalq standartlara uyğun təşkil edilməsi istiqamətində aparılan ardıcıl islahatlar barədə məlumat verilib.

 

İki ölkənin məhkəmə-hüquq sistemləri arasında əməkdaşlığın səviyyəsi yüksək qiymətləndirilib, xüsusilə də ədliyyə nazirlikləri arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində hüquqi sahədə səmərəli tərəfdaşlığın həyata keçirildiyi vurğulanıb.

 

Görüşdə Azərbaycan ilə Türkiyə arasında müxtəlif istiqamətlərdə, o cümlədən məhkəmə-hüquq sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

 

Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədov görüşdə iştirak edib.


OXŞAR XƏBƏRLƏR

XİN Bosniya və Herseqovinaya başsağlığı verdi

Azərbaycanın Xarici İşlər Nazirliyi Bosniya və Herseqovinaya ölkədə baş verən təbii fəlakət nəticəsində həlak olanlara görə başsağlığı verib.   Sfera...

Ağacları kəsməyə görə cəzalar sərtləşdirilir - 7 ilədək həbs

Qanunsuz olaraq ağacları, kolları və ya digər yaşıllıqları kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilir.   Sfera.az xəbər verir ki, bu, Cin...

Millət vəkili Gülşən Paşayeva seçicilərlə görüşəcək

Millət vəkili Gülşən Paşayevanın seçicilərlə görüşü keçiriləcək.   Sfera.az bildirir ki, bu barədə millət vəkili sosial şəbəkə hesabında pa...

Rusiya “Taliban”ı terrorçular siyahısından çıxaracaq

Rusiya Xarici İşlər Nazirliyi Talibanın terrorçular siyahısından çıxarılması üçün hüquqi işlərin başa çatdığını açıqlayıb. Bunu Rusiya prezidentinin Əfqanıstan ...

Rusiya-Ukrayna müharibəsində bu tarixdə yenilik olacaq

NATO-nun keçmiş baş katibi Yens Stoltenberq hesab edir ki, ABŞ-də keçirilən seçkilərdən sonra Ukrayna münaqişəsinin həlli istiqamətində müəyyən yeni təkan olaca...

Ərdoğan: Yaxın Şərqdə hiyləgər planlar işə düşüb

Yaxın Şərqlə hiyləgər planlar işə düşüb.   Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adanada "TEKNOFEST 2024" f...