Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO

Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO

Fizika üzrə fəlsəfə doktoru, Patent işi və elmi-texniki ədəbiyyat fondu şöbəsinin müdiri Həsən Əsgərov vəfat edib.

 

Sfera.az  xəbər verir ki, alim 3 oktyabr 2024-cü il tarixində, 75 yaşında dünyasını dəyişib.



Qeyd edək ki, tanınmış alim Həsən Məmməd oğlu Əsgərov 9 dekabr 1949-cu ildə Bakı şəhərində dünyaya gəlib. 



O, 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun Kimya Texnologiyası fakültəsini bitirib. 1972-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasında fəaliyyətə başlayıb. Onun iştirakı və rəhbərliyi altında institutda qısa bir müddətdə patent xidməti yaradılıb. 



Həsən Əsgərov öz elmi fəaliyyəti ilə Azərbaycan elminin inkişafına mühüm töhfələr verib.



Onun elmi araşdırmaları və əsərləri, təkcə Azərbaycan elmi ictimaiyyəti arasında deyil, beynəlxalq miqyasda da yüksək qiymətləndirilib. H.M.Əsgərovun patent işi sahəsindəki tədqiqatları və innovativ yanaşmaları Azərbaycanın elmi və texniki irsinin zənginləşməsinə, həmçinin bu sahədə ölkənin beynəlxalq mövqeyinin güclənməsinə böyük təsir göstərib.

 

Həsən Əsgərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 18 oktyabr tarixli 1775 nömrəli sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.



Allah rəhmət eləsin!


OXŞAR XƏBƏRLƏR

Əli Əsədov Belarusda Azərbaycan Ticarət Evinə gəldi

Azərbaycanın Baş naziri Əli Əsədov belaruslu həmkarı Roman Qolovçenkonun müşayiəti ilə Minskdə Azərbaycan Ticarət Evində olub.   Sfera.az xəbər verir...

Baş prokuror Türkiyə Respublikasının Ədliyyə naziri ilə görüşdü - FOTO

Oktyabrın 4-də Baş prokuror Kamran Əliyev ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikasının Ədliyyə naziri Yılmaz Tunçla görüşüb   Sfera.az xəbə...

Cövdət üçüncü dəfə aktrisa ilə evlənir

Aktyor Cövdət Şükürovun toyudur.   Sfera.az-ın əldə etdiyi məlumata görə, məclis oktyabrın 9-da olacaq. Cövdət aktrisa Gülçin Qasımova ilə evlənir. ...

"Qırmızı körpü”də 350 avtomobil gözləyir

“Qırmızı körpü” gömrük postunda 350 avtomobil gözləyir.   Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Sfera.az-a bildirilib ki, &ld...

Siqaretlə bağlı cərimələr ARTIRILIR

Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği kəskin artırılır.   Sfera.az xəbər verir ki, bu, İnzibati Xətal...

Baş nazirin müavini Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşdü

Baş nazirin müavini Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb.   Sfera.az xəbər verir ki, Azərbaycan Respublikası Baş nazirinin müavini ...