"Beşmərtəbə" yeraltı keçidi turistlər üçün ciddi təhlükə yaradır — Bazarı himayə edənlər kimlərdir? + FOTOLAR

"Beşmərtəbə" yeraltı keçidi turistlər üçün ciddi təhlükə yaradır — Bazarı himayə edənlər kimlərdir? + FOTOLAR

Paytaxt Bakı noyabr ayında keçiriləcək COP29-a hazırlaşır. Bu məqsədlə şəhərin nəqliyyat infrastrukturunda ciddi yenilənmə işləri aparılır. Mikromobillik şəbəkələri yaradılır, piyadaların rahat hərəkətini təmin etmək üçün imkanlar genişləndirilir, tıxacın azaldılması üçün əlavə tədbirlər görülür. Görülən işlər nəticəsində velosiped və avtobus zolaqları salınıb, veloparkinqlər təşkil olunub, veloicarə xidməti istifadəyə verilib. 
 

Şəhərin mərkəz hissələrində avtomobil sıxlığını azaltmaq üçün bəzi ərazilərə avtomobillərin giriş-çıxışı da qadağan edilib. Görülən işlər ekologiyanın yaxşılaşdırılmasına, ətraf mühitin qorunmasına xidmət edir.

 

COP29 ərəfəsində yeraltı keçidlərin vəziyyəti də diqqətdə saxlanılır. Paytaxtdakı bir sıra yeraltı keçidlərdə ticarət fəaliyyəti qadağan olunub. Ancaq bəzi yeraltı keçidlərdə ticarət fəaliyyəti hələ də qalmaqdadır. Bu isə işləri dayandırılan digər sahibkarların narzılığına ciddi səbəb olur. 





 

Bakının "20 yanvar" metrostansiyası və digər yerlərindəki yeraltı keçidlərdə ticarət dayandırılsa da, ancaq paytaxtın tam mərkəzində - "Nizami" metrostansiyasına yaxın ərazidə yerləşən "Beşmərtəbə" adlanan yeraltı keçiddə vəziyyət ürəkaçan deyil. Çox təəssüf ki, burada Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin və digər müvafiq qurumların gözləri önündə açıq anti-sanitar vəziyyət hökm sürür. 
 

Nəzərə alsaq ki, turistlərin ən çox ziyarət etdiyi yerlərdən biri məhz paytaxtın "Beşmərtəbə" adlı yeraltı keçidinin olduğu ərazidir. Ancaq buradakı biabırçı vəziyyət, insanların sıx hərəkət etdiyi yeraltı keçiddə meyvə-tərəvəz satışı və keçidin zəbt edilməsi ciddi problemlər yaratmaqla yanaşı turistləri də diskomfort vəziyyətə gətirib. 



İllərdir ki, "Beşmərtəbə" yeraltı keçidində havalandırma sistemi belə yoxdur, yanğın söndürmə balonlarının sayı isə azdır. Bu məkan gözlənilməz xoşagəlməz hadisələrdən sığortalanmayıb. 
 

Bəs bu qədər problemlər olduğu halda "Beşmərtəbə" yeraltı keçidi niyə hələ də fəaliyyət göstərir? 
 

Bu məkanın bağlanılmasına əngəl olan şəxslər kimlərdir? 


Növbəti araşdırmamız bu barədə olacaq...

(Demokrat.az)


OXŞAR XƏBƏRLƏR

Şəkər tozu yenidən BAHALAŞIR - SƏBƏB

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına əsasən, sentyabrda dünyada şəkərin qiyməti aylıq müqayisədə 10,4 ...

Belçikadan Yaponiyaya qədər... - Elm adamları TƏŞVİŞDƏ

Elm adamları hazırda qaynağı bəlli olmayan vəziyyətlə üz-üzədir. Belə ki, dünyanın müxtəlif yerlərində zəlzələ səsinə bənzədilən səslərin eşidildiyi bildirilir....

“Hərbi gücümüz ildən-ilə artacaq” - Prezident

“Azərbaycanın həm Cənubi Qafqazda möhkəmlənməsi, həm daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək”​. &n...

Kapital Bank-dan kredit götürən müştərilər həyat sığortası əldə edə biləcəklər

Ölkənin birinci bankı Kapital Bank kredit götürən müştərilərinə yeni “Kredit Həyat Sığortası” məhsulunu təklif edir. Dünyanın bir çox ölkələrində uğ...

"Qələbəmizin beynəlxalq əhəmiyyəti bundan sonra ancaq artacaq" - Dövlət başçısı

Bizim Qələbəmiz, əlbəttə ki, xalqımız üçün, dövlətimiz üçün ən böyük nemətdir, hesab edirəm ki, Azərbaycan xalqının çoxəsrlik tarixində ən parlaq hərbi Qələbədi...

"Bavariya"nın futbolçusu ZƏDƏLƏNDİ

Almaniyanın "Bavariya" klubunun futbolçusu Camal Musiala zədələnib.   Sfera.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidmə...