Logo

Bu yolda hərəkət 1 ay yarım MƏHDUDLAŞDIRILIR - RƏSMİ

Bu yolda hərəkət 1 ay yarım MƏHDUDLAŞDIRILIR - RƏSMİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib.

Sfera.az bildirir ki, buna səbəb M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yoludur. Belə ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına əsasən, sözügedən yolun 264-cü kilometrində (Yevlax, Xaldan kəndi ərazisi) elektron tərəzi sisteminin quraşdırılması ilə əlaqədar bu gündən başlayaraq təqribən bir ay yarım müddətində nəqliyyat vasitələrinin hərəkəti qismən (fasilələrlə) məhdudlaşdırılaraq kənardankeçmə yolu ilə təşkil ediləcək.

Baş Dövlət Yol Polisi İdarəsi isə göstərilənlərin nəzərə alınması istiqamətində çağırış edib:

“Sürücülərdən yolun sözügedən hissəsində daha diqqətli olmağı, müvəqqəti yol nişanlarının tələblərinə qeyri-şərtsiz əməl etməyi, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün təhlükə yaradan hərəkətlərdən çəkinməyi xahiş edirik”.

Günay

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR