Turizm və rekreasiya zonalarında qadağan edilən hallar müəyyənləşdi

Turizm və rekreasiya zonalarında qadağan edilən hallar müəyyənləşdi

Azərbaycanda turizm və rekreasiya zonalarının ərazilərində qadağan edilən hallar müəyyənləşir.

 

Sfera.az xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Turizm haqqında” qanuna edilən dəyişiklik layihəsində əksini tapıb.

 

Dəyişikliyə əsasən, turizm və rekreasiya zonalarının ərazilərində aşağıdakılar qadağan edilir:

 

- kimya sənayesi, metallurgiya, nüvə energetikası ilə bağlı fəaliyyət,


- iri sənaye müəssisələrinin, texnoloji avadanlıq və maşınqayırma sənayesi müəssisələrinin fəaliyyəti;


- tullantıların zərərsizləşdirilməsi, emalı müəssisələrinin fəaliyyəti, habelə bu məqsədlə qurğuların, poliqonların quraşdırılması ilə bağlı fəaliyyət


- “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunun əlavəsində nəzərdə tutulan fəaliyyət növləri üzrə ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi (MTQ) tərtib edilmədən və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilmədən həyata keçirilən fəaliyyət, habelə ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan həyata keçirilən digər fəaliyyət

 

Mövcud dəyişiklik parlamentin plenar iclasına tövsiyə olunub.


OXŞAR XƏBƏRLƏR

Siyəzən polisi məktəblilərlə görüşdü - FOTO

Siyəzən Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 1 saylı tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keç...

Sağlamlıq üçün gündə nə qədər zülal qəbul edilməlidir? – AÇIQLAMA

Zülal immunitet sisteminin güclənməsində böyük rol oynayır.   Bəs gündə nə qədər zülal qəbul etməliyik.   Mövzu ilə bağlı Sfera.az-a danı...

“Bu, açıq-aşkar şantajdır” - Blinken

“Amerika Birləşmiş Ştatlarının bir qrup konqresmeni oktyabrın 3-də bu ölkənin dövlət katibi Entoni Blinkenə məktub yazaraq Azərbaycana qarşı qəbuledilməz ...

"Bu dövlətlər işğalı əbədi etmək üçün əllərindən gələni edirdilər" - Prezident

Ermənistan beynəlxalq hüququn bütün norma və prinsiplərini pozmuşdur, torpaqlarımızın təxminən 20 faizini işğal etmişdir, etnik təmizləmə siyasəti aparmışdır, X...

"Azad edilmiş torpaqlarda aparılan işlər miqyasına görə xüsusi xarakter daşıyır" - İlham Əliyev

Azad edilmiş torpaqlarda aparılan işlər öz miqyasına görə xüsusi xarakter daşıyır.   Sfera.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev oktya...

Sabahın hava proqnozu AÇIQLANDI

Oktyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya xidmətindən  Sfera.az-a verilən məlumata görə, sabah Bakıda və...