Gəncə terrorundan 4 il ötür

Gəncə terrorundan 4 il ötür

Bu gün Vətən müharibəsində Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından dörd il ötür.

 

Sfera.az xəbər verir ki, ermənilərin atdığı raketlər 2020-ci ilin oktyabrın 4-ü səhər saatlarında Gəncə şəhərində sakinlərin yaşadığı ikimərtəbəli binaya və fərdi yaşayış evlərinə düşüb.

 

Nəticədə Əliyev Tunar Qoşqar oğlu şəhid olub, digər 32 mülki şəxs isə yaralanıb. Həmçinin mülki infrastruktura və qədim tarixi tikililərə də ziyan dəyib.

 

Xatırladaq ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

 

Qeyd edək ki, Gəncə şəhərində mülki əhaliyə qarşı törədilmiş terror əməllərinə görə ittiham olunan Qarabağda qondarma rejimin “prezident”i olmuş Arayik Arutyunyan ötən il Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. O, 2020-ci ilin oktyabrın 4-də rəsmi sosial şəbəkə hesablarında Gəncənin mülki əhalisinin sıx yaşadığı məntəqələrin ağır artilleriyadan atəşə tutulması barədə göstəriş verdiyini etiraf etmişdi. 


OXŞAR XƏBƏRLƏR

Lənkəranda 32 yaşlı kişi intihar etdi

Lənkəranda kişi meyiti tapılıb.   Sfera.az xəbər verir ki, meyit bu səhər Lənkəran rayonunun Göyşaban kəndində evlərin birinin həyətyanı sahəsindəki ...

Ötən əsrdən qalmış təhlükəli “MİRAS” – Qəzalı binaların sökülməsinin ƏHƏMİYYƏTİ –ARAŞDIRMA

Bakı şəhərində xeyli sayda qəzalı bina var. Belə ki, 2024-cü ilin əvvəllərində paytaxtda qəzalı olduğu üçün siyahıya alınan 130 binadan 65-i ilə bağlı sənədlər ...

Prezident və xanımı Cəbrayılda açılışda iştirak etdilər

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edibl...

Azərbaycan və Qazaxıstan mədəniyyət sahəsində də əməkdaşlığı davam etdirirlər

Artıq hər kəsə bəllidir ki, Azərbaycan dünyanın müxtəlif ölkələri və təşkilatları ilə həm sosial, həm hərbi, həm siyasi- iqtisadi, eyni zamanda mədəniyyət sahəl...

Turizm və rekreasiya zonalarında qadağan edilən hallar müəyyənləşdi

Azərbaycanda turizm və rekreasiya zonalarının ərazilərində qadağan edilən hallar müəyyənləşir.   Sfera.az xəbər verir ki, bu, Milli Məclisin Əmə...

İranın XİN başçısı Livanda səfərdədir

İranın xarici işlər naziri Abbas Ərakçi Livan hakimiyyəti ilə danışıqlar aparmaq üçün bu ölkədə səfərdədir.   Sfera.az TASS-a istinadən xəbər verir k...