Ceyran Abbasovaya Zəngilanda yüksək vəzifə verildi

Ceyran Abbasovaya Zəngilanda yüksək vəzifə verildi

Zəngilan Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib.

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov müvafiq əmr imzalayıb.

 

Əmrə əsasən, xəstəxananın direktoru vəzifəsi Ceyran Abbasovaya həvalə olunub. 

 

Direktorun kollektivə təqdimat mərasimində TƏBİB-in İcraçı direktorunun müşaviri Emil Xəlilov iştirak edib. E.Xəlilov tibb müəssisəsində keyfiyyətli tibbi xidmətin fasiləsiz təmin edilməsi, pasiyent məmnunluğunun artırılması istiqamətində həyata keçirilməsi zəruri olan tədbirləri qeyd edib.

 

Qeyd edək ki, Ceyran Abbasova 1985-ci ildə Zəngilan rayonunun Üdgün kəndində anadan olub. 2003-2009-cu illərdə Azərbaycan Tibb Universitetində, 2009-2010-cu illərdə Zəngilan Rayon Mərkəzi Xəstəxanasında internatura təhsili alıb.

 

C.Abbasova 2017-2022-ci illər ərzində Bakı şəhərində yerləşən 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında həkim-terapevt, 2022-2024-cü illərdə isə Ağalı Ailə Sağlamlıq Mərkəzində bölmə müdiri vəzifəsində çalışıb.

 


OXŞAR XƏBƏRLƏR

“Qarabağ” - “Malmö” matçında ikinci qol - YENİLƏNDİ

Bu gün Azərbaycan təmsilçisi “Qarabağ” UEFA Avropa Liqasında Liqa mərhələsinin II turunda növbəti oyununa çıxacaq.   Sfera.az xəbər verir...

Prezident və xanımının Cəbrayıl səfəri- FOTOLAR

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıla səfər edib. Sfera.az ölkə rəhbərliyinin səfər çərçivəsində l...

Əli Əsədov Belarus baş naziri ilə görüşdü

Oktyabrın 3-də Minskdə rəsmi səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Belarus Respublikasının Baş naziri Roman Qolovçenko ilə görüşüb. &...

Rusiya-Ukrayna münaqişəsinin başlamasına görə o günahlandırıldı

Belçikada NATO-nun keçmiş baş katibi Yens Stoltenberqə Ukraynada Rusiyaya qarşı münaqişənin başlanmasında iştirakına görə məhkəmə işi açılıb.   Sfera.a...

Bu küçədə velosiped zolağı salınır

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən paytaxtın Yusif Səfərov küçəsində mikromobillik zolaqlarının təşkilinə başlanılıb.   AYNA-da...

Penitensiar Xidmət və DİN-dən birgə əməliyyat- VİDEO

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbiri keçirib.   Sf...