İçərişəhərə yalnız onlar maşınla daxil ola biləcək

İçərişəhərə yalnız onlar maşınla daxil ola biləcək

“AYNA tərəfindən İçərişəhər və Əziz Əliyev küçəsi ilə bağlı mühüm dəyişikliklər təklif edilir”.

 

Sfera.az xəbər verir ki, bu barədə AYNA sədri Anar Rzayev “Report”a müsahibəsində bildirib.

 

Onun sözlərinə görə, mütəxəssislər bu ərazidəki vəziyyəti ətraflı öyrənib, mənzərəni tam araşdırmaq üçün uzun müddət hərəkətin intensivliyinin monitorinqini həyata keçirib və nəqliyyat üzrə xüsusi proqram təminatı vasitəsilə simulyasiya da təşkil ediblər: “Təhlillər əsasında AYNA tərəfindən təkliflər hazırlanaraq Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim edilib. İslahatlar İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə kəsişməsindən Əziz Əliyev küçəsinədək avtomobil hərəkətinin məhdudlaşdırılmasını, Qoşa Qala Qapıları qarşısındakı meydanda turist avtobusları üçün minib-düşmə məntəqələrinin yaradılmasını, Əziz Əliyev küçəsində avtomobillərin hərəkətinin məhdudlaşdırılmasını, burada piyada zonası və mikromobillik zolaqlarının yaradılmasını, eləcə də İçərişəhər ərazisinin sakinlərin və ərazidəki diplomatik nümayəndəliklərin avtomobilləri istisna olmaqla, bütün avtomobillərin hərəkəti üçün bağlanmasını nəzərdə tutur”.

 

AYNA rəhbəri vurğulayıb ki, təkliflər qəbul edilərək tətbiq edilsə, İçərişəhər sakinləri və bu ərazidə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin avtomobilləri nömrətanıma sistemi ilə əraziyə daxil ola biləcək: “Qoşa Qala Qapıları qarşısındakı meydanda turist avtobusları üçün minib-düşmə məntəqələrinin yaradılması İçərişəhərin qonaqlarının turistlər arasında populyar olan bu məkana daha rahat çatmasına imkan verəcək.

 

Əziz Əliyev küçəsində avtomobil hərəkətinin məhdudlaşdırılmasına gəlincə, bu, Nizami küçəsindən başlayan piyada zonasının genişləndirilməsinə, mikromobillik xətlərinin çəkilməsi və onların İstiqlaliyyət küçəsindəki mövcud zolaqla birləşdirilərək Dənizkənarı Milli Parka doğru uzadılmasına şərait yaradacaq. Bütün bunlar Bakıda mobilliyin və piyada zonalarının daha da inkişaf etdirilməsinə töhfə verəcək.

 

Turizm aspektindən danışsaq, Əziz Əliyev küçəsinin piyada zonasına çevrilməsi və İçərişəhərin sakinlərin avtomobilləri istisna olmaqla nəqliyyat vasitələri üçün bağlanması turistlərin marağını artıracaq, ziyarətçi axınının çoxalmasına əlverişli şərait yaradacaq.

 

Təsəvvür edin ki, beləliklə, Səməd Vurğun küçəsi ilə Filarmoniya bağını birləşdirəcək nəhəng piyada zonası yaranacaq. İlk dəfə avtomobillərin hərəkətinin tamamilə məhdudlaşdırılması layihəsi Xaqani bağının ətrafında həyata keçirilib, hazırda isə bu ərazi genişmiqyaslı yenidənqurmadan sonra bütünlüklə piyada zonasına çevrilib. Hazırda belə zonanın yaradılması metronun “28 May” stansiyasının qarşısındakı meydanda davam edir”.


OXŞAR XƏBƏRLƏR

Qurtuluşdan müasir dünya düzəninə doğru başlanan yolun tarixi

3 oktyabr 1993-cü il tarixi Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə bağlı əlamətdar günlərdən biridir. Ümumiyyətlə, ...

Heyvanlarla rəhmsiz rəftar edənlər məsuliyyətə cəlb olunacaqlar

Heyvanlarla rəhmsiz rəftar edənlər məsuliyyətə cəlb olunacaqlar.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keç...

Bu ölkə Ermənistana bütün uçuşları ləğv etdi

Qətər Hava Yolları Ermənistana bütün uçuşları ləğv edib.   Sfera.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Qətər Hava Yolları məlumat yay...

Azərbaycan İnnovasiya Mərkəzi AÇILDI

Bakıda ikinci, daha böyük İnnovasiya Mərkəzinin yaradılması da nəzərdə tutulub.   Sfera.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirin...

Bu tələbələrin ödədiyi pul geri qaytarılacaq

1500-ə yaxın ödənişli əsaslarla təhsil alan tələbənin pulu geri qaytarılacaq.   Sfera.az xəbər verir ki, bu proses Nazirlər Kabinetinin “Ali tə...

“Pilot 16”nın COP29-a “töhfə”si: Zəhərli hava, xəstəlik mənbəyi olan zibilliklər, dağıdılmış yollar - FOTO

Bakıda BMT-nin İqlim dəyişikliyi konfransı COP-29-un keçirilməsinə sayılı günlər qalır. Noyabrda paytaxta azı 80 min qonaq gələcəyi gözlənilir. İqlim dəyişikliy...