Oktyabrın 2-si Qeyri-Zorakılıq Günüdür

Oktyabrın 2-si Qeyri-Zorakılıq Günüdür

2 oktyabr Qeyri-Zorakılıq Günüdür.


 
Sfera.az
bildirir ki, 2007-ci il iyunun 15-də BMT Baş Assambleyasının qəbul etdiyi qərarla 2 oktyabr tarixi Beynəlxalq Qeyri-zorakılıq Günü kimi qeyd edilir.

 

Qəbul olunmuş qətnaməyə görə, bu beynəlxalq gün sülh, dözümlülük, anlayış və zorakılıqdan imtina mədəniyyətini təsdiq etmək məqsədi daşıyır.

 

2 oktyabr təsadüfən seçilmiş tarix deyil, məhz bu gün Hindistanın müstəqilliyi uğrunda hərəkatın lideri və qeyri-zorakılıq fəlsəfəsinin banisi Mahatma Qandinin doğum günüdür.


 
2010-cu ildə Azərbaycanda məişət zorakılığı, o cümlədən uşaqlara qarşı məişət zorakılığının profilaktikasına diqqətin artırılması məqsədilə “Məişət Zorakılığının qarşısının alınması” haqqında Qanun qəbul edilib.


 
2012-ci ildə isə “Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma Qaydası”nın təsdiq edilməsi haqqında qanun qəbul edilmişdir. Bu qanun məişət zorakılığına məruz qalmış şəxslərə cinayət olmayan əməllərdən belə qorunmağa imkan verir (cinayət tərkibinin əlamətləri  olmayan şikayətlərə: pisixi təsir göstərmə, iqtisadi asıllılıqda saxlama, təhqir, təhdid, ictimai təcrid etmə və s. mənəvi zorakılıq halları daxildir).

 

Qəbul olunmuş qanunvericiliyə əsasən məişət zorakılığına məruz qalmış şəxslər dövlət vəsaiti hesabına (pulsuz) tibbi, psixoloji və hüquqi yardım əldə edə, müəyyən müddətədək polis tərəfindən təhlükəsizliyi təmin edilə, məişət zorakılığına məruz qalmış şəxslər üçün yaradılmış dövlət yardım mərkəzlərinə (sığınacaqlara) müraciət edə bilərlər.

 

Təəssüflə qeyd olunmalıdır ki, müasir dövrdə mövcud olan zorakılıq, sosial ədalətsizlik, terrorizm, müxtəlif ölkələr arasında toqquşmalar, silahlı münaqişələr bu tarixin vacibliyindən, mühüm əhəmiyyət kəsb etdiyindən və aktuallığından xəbər verir.

 

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə ölkəmizdə məişət zorakılığı (ailə münaqişəsi) nəticəsində 1482 cinayət hadisəsi baş verib. Bu cinayətlər nəticəsində 1513 nəfər zərər çəkib. Məişət zorakılığı cinayətlərində ən çox zərərçəkənlər isə qadınlardır. Belə ki, zərərçəkənlərdən biri hamilə, 6-sı isə qız uşaqları olmaqla 1224 nəfəri qadın olub. Məişət zorakılığı cinayətləri nəticəsidə 70 nəfər dünyasını dəyişib, 1246 nəfər yüngül xəsarət alıb, 53 nəfər ağır zərər alıb, 6 nəfərə isə əzab verilib. 

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Bu ölkə Ermənistana bütünuçuşları ləğv etdi

Qətər Hava Yolları Ermənistana bütün uçuşları ləğv edib.   Sfera.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Qətər Hava Yolları məlumat yay...

Azərbaycan İnnovasiya Mərkəzi AÇILDI

Bakıda ikinci, daha böyük İnnovasiya Mərkəzinin yaradılması da nəzərdə tutulub.   Sfera.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirin...

Bu tələbələrin ödədiyi pul geri qaytarılacaq

1500-ə yaxın ödənişli əsaslarla təhsil alan tələbənin pulu geri qaytarılacaq.   Sfera.az xəbər verir ki, bu proses Nazirlər Kabinetinin “Ali tə...

“Pilot 16”nın COP29-a “töhfə”si: Zəhərli hava, xəstəlik mənbəyi olan zibilliklər, dağıdılmış yollar - FOTO

Bakıda BMT-nin İqlim dəyişikliyi konfransı COP-29-un keçirilməsinə sayılı günlər qalır. Noyabrda paytaxta azı 80 min qonaq gələcəyi gözlənilir. İqlim dəyişikliy...

Dünyanın ən böyük raketi yaradıldı - Yeraltı obyektləri məhv edəcək

Dünyanın ən böyük və ən güclü qeyri-nüvə raketi hazırlanıb.   Sfera.az xəbər verir ki, Cənubi Koreya “Hyunmoo-5” adlı qısa mənzilli ball...

İtkin ailələrindən 11200-dən çox bioloji nümunə toplandı

“Ölkəmizin 63 bölgəsində olan itkin ailələrindən 11200-dən çox bioloji nümunə toplanıb.   Sfera.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizl...