Bakıya daha 2 metro qatarı gətirildi

Bakıya daha 2 metro qatarı gətirildi

Bakıya 2 yeni metro qatarı gətirilib.

 

Sfera.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb. 

 

Bildirilib ki, yaxın 3 il ərzində Bakı metropolitenində 65 yeni nəsil vaqonu və yaxud hər biri 5 vaqondan ibarət olan 13 qatar xəttə buraxılacaq.

 

Yeni qatarların baş vaqonları 38, orta vaqonları 44 oturacaqlıdır. Bu isə sərnişin tutumunun artmasına şərait yaradır. Ümumilikdə baş vaqonlar 315, orta vaqonlar 329 sərnişin üçün hesablanıb.

 

Oktyabr ayı ərzində bu il üçün nəzərdə tutulmuş son üç qatar tərkibi də ölkəmizə çatdırılacaq.


OXŞAR XƏBƏRLƏR