Restoranlarda onlayn rezerv zamanı depozit tələb edilə bilərmi? - AÇIQLAMA

Restoranlarda onlayn rezerv zamanı depozit tələb edilə bilərmi? - AÇIQLAMA

Restoranlarda onlayn rezerv zamanı depozit tələb edilməsi müştərilərin haqlı narazılığına səbəb olub. Onlar bunun düzgün olmadığını düşünürlər.

 

Bəs restoranlar müştərilərdən onlayn şəkildə depozit ödənişi tələb edə bilərmi?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan hüquqşünas Tural Həsənli bildirib ki, depozit məsələsi qanunla tənzimlənmədiyinə görə, restoran sahibləri istədikləri kimi davrana biləcəklərini düşünürlər.

 

“Bu kimi halların aradan qaldırılması üçün tənzimləmə mexanizmi yaradılmalıdır. Depozit tələbinin kartdan karta ödənilməsi və yaxud nağd formada ödənilməsi sonda ümumi məbləğə daxil edilmirsə, vergidən yayınma kimi qiymətləndirilə bilər”.

 

Hüquqşünas qeyd edib ki, bu proses qanun çərçivəsində icra edilməlidir.

 

“Məhz bu baxımdan yazılı müqavilə hazırlanmalıdır. Yəni öncədən müştəridən depozit tələb olunursa, yazılı formada müştəriyə bildirilməlidir. Bu onların menyusunda göstərilə bilər və yaxud da hansısa formada brondan əvvəl onlara yazılı qaydada məlumat verilməlidir. İctimai iaşə müəssisələri və bu müəssisələrin xidmətlərindən istifadə edən vətəndaşlar depozit və digər ödəniş üsulları zamanı tərəflər arasında yaranmış hüquqi məsələlərdə diqqətli olmalıdırlar”.

 

Ülkər Abdurahmanlı

 


OXŞAR XƏBƏRLƏR