Maaş və pensiyalar artacaq, DSMF-yə ödənişlər necə müəyyənləşəcək? - AÇIQLAMA

Maaş və pensiyalar artacaq, DSMF-yə ödənişlər necə müəyyənləşəcək? - AÇIQLAMA

Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında gələn ildən minimum əməkhaqqı və minimum pensiyanın artırılacağını bildirib. Qanuna görə, minimum əməkhaqqı artan kimi VÖEN-lə çalışanların DSMF-yə ödənişləri də avtomatik yüksəlir, vergi yükləri artır. 


Bu qanuna dəyişiklik oluna bilərmi? VÖEN ilə çalışanlar üçün fərdi müqavilələrlə ödənişlərin müəyyənləşməsi mümkündürmü?


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən deputat Vüqar Bayramov bildirib ki, bu istiqamətdə müzakirələrin davam etdirilməsinə ehtiyac var.


Millət vəkili təklif edib ki, Vergi Məcəlləsinə ediləcək dəyişiklik layihəsinə güzəştlər daxil edilsin:


“İndiki vəziyyətdə əməkhaqqının artması həmin ödənişlərin də artmasına gətirib çıxarır. Hər ilin sonunda növbəti il üçün Vergi Məcəlləsində olan güzəştlər, eyni zamanda dəyişikliklər müzakirə olunur. Bizim təklifimiz ondan ibarət idi ki, bu zaman ödənişlər minimum əməkhaqqı ilə deyil, digər meyarlara uyğun olaraq müəyyənləşsin. Nəticə etibarilə yeni mexanizmin tətbiq edilməsi və xüsusən də belə ödənişlərin minimum əməkhaqqı ilə sıx əlaqəsinin azaldılmasına ehtiyac var. Təbii ki, belə olan halda minimum əməkhaqqının artırılması həmin ödənişlərin artmasının qarşısını ala bilər”.

 

Firuzə Əliyeva 
 


OXŞAR XƏBƏRLƏR