Nazir rektorun oğluna yüksək vəzifə verdi
Kateqoriya məlum deyil
Ədliyyə naziri Fərid Əhmədov Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın oğlu Mehdi Abdullayevə yeni vəzifə verib.
Sfera.az xəbər verir ki, nazirin müvafiq əmri ilə Mehdi Abdullayev Bələdiyyələrlə İş Baş İdarəsinin rəis müavini təyin edilib.
Qeyd edək ki, bundan əvvəl Mehdi Abdullayev Ədliyyə Nazirliyinin ləğv edilən Əhalinin Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsində çalışıb. (Qaynarinfo)






