Logo

Bu seçkilərə görə Azərbaycanda üç seçki məntəqəsi YARADILACAQ

Bu seçkilərə görə Azərbaycanda üç seçki məntəqəsi YARADILACAQ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 26-da keçiriləcək parlament seçkiləri ilə əlaqədar Azərbaycanda üç seçki məntəqəsi yaradacaq.

Bu barədə Sfera.az-a Gürcüstan MSK-dan məlumat verilib.

Bildirilib ki, məntəqələrin üçü də Bakının N.Nərimanov rayonu ərazisində (Yaşar Hüseynov küçəsi 13/15) olacaq.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri üçün ən çox seçki məntəqəsi Yunanıstan, ABŞ, Türkiyə, Almaniya, Azərbaycan və İtaliyada açılacaq.

ABŞ və Yunanıstanın hər birində beş məntəqə, Almaniyada dörd, Azərbaycan, Türkiyə və İtaliyada üç, İspaniyada isə iki seçki məntəqəsi yaradılacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR