Günay Ağamalı şəhidin ildönümündə ailəsini ziyarət etdi - FOTO

Günay Ağamalı şəhidin ildönümündə ailəsini ziyarət etdi - FOTO

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı Antiterror əməliyyatı zamanı Qəhrəmancasına Şəhadətə ucalan Salyan rayon Şorsulu kənd sakini Ağayev Ceyhun Etibar oğlunun ildönümündə ailəsini ziyarət edib. 

 

Sfera.az xəbər verir ki  Günay Ağamalı Şəhid və qazi ailələrinin ölkə başçımız Cənab İlham Əliyevin və I Vitse Prezidentimiz Mehriban Xanım Əliyevanın daim diqqət və qayğısı ilə əhatə olunduqlarından, torpaqlarımızın işğaldan azad olunması uğrunda Şəhid olan oğullarımızın əziz xatirəsinin hər zaman anılacağından, qazilərimizin xidmətlərinin unudulmayacağından danışıb.

 

G.Ağamalı bildirib ki, bu diqqət və qayğıya dəstək olmaq hər bir Azərbaycanlının vəfa borcudur.

 


OXŞAR XƏBƏRLƏR