"Ali təhsilli gənclər ona görə iş tapa bilmirki..." - Ekspertdən TƏKLİF

"Ali təhsilli gənclər ona görə iş tapa bilmirki..." - Ekspertdən TƏKLİF

Gənclərin əksəriyyəti ali təhsili bitirdikdən sonra kifayət qədər iş təcrübəsinə malik olmadıqlarına görə, iş tapmaqda çətinlik çəkirlər.

 

Bəs gənclər təcrübəni harada toplasınlar?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib ki, universitetlərin son kurslarında keçilən istehsalat təcrübələri çox önəmlidir:

 

“Ancaq bu təcrübələr çox zaman işəgötürənlər tərəfindən rəsmi iş təcrübəsi kimi qəbul edilmir və nəzərə alınmır. Bu praktika dövrlərinin təcrübə kimi rəsmi qeydə alınması və sertifikatlaşdırılması gənclərin əmək bazarına daha asan inteqrasiya olmasını təmin edə bilər. Yəni istehsalat təcrübəsində (praktikada) olanda tələbələr ilə rəsmi ƏMAS sistemində müqavilə imzalanmalı və rəsmi qeydiyyat həyata keçirilməlidir”.

 

Ekspert bildirib ki, təhsil müəssisələri ilə işəgötürənlər arasında əməkdaşlıq artırılmalı, praktika proqramları təcrübənin keyfiyyətini yüksəltməli və bu dövrlər rəsmi iş təcrübəsi kimi tanınmalıdır:

 

“Bu addım həm gənclərin iş axtarışında qarşılaşdıqları təcrübə tələblərini qarşılamağa, həm də işəgötürənlərə gələcəyin peşəkarlarını formalaşdırmağa kömək edəcək. Gənclərə təcrübə qazanmaq üçün daha çox imkan yaratmaqla, onların inkişafına və gələcək karyeralarına dəstək göstərməliyik”.

 

Günay

 

 


OXŞAR XƏBƏRLƏR

"COP29-da Xəzərin problemi əsas mövzulardan olacaq" - Nazir müavini

Bakıda keçiriləcək COP29 tədbirində Xəzərin problemi əsas müzakirə mövzularından olacaq.   Sfera.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər...

Gəncədə qəza oldu - Xəsarət alan var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Hərəkətdə olan "KİA Optima",...

FHN: "1-i azyaşlı olmaqla 6 nəfər xilas edildi"

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəla...

Bakıda dünya prokurorlarının iclası keçirilir - FOTO

Bu gün Heydər Əliyev Mərkəzində Beynəlxalq Prokurorlar Assosiasiyasının rəhbər qurumu olan İcraiyyə Komitəsinin 58-ci iclası keçirilir.   Sfera.az xə...

“Hizbullah” liderinin qızı ÖLDÜRÜLDÜ: Həsən Nəsrullah sağdırmı? - İDDİA

İsrailin Livanın paytaxtı Beyruta son hücumlarında hədəf aldığını bildirdiyi “Hizbullah”ın lideri Həsən Nəsrullahın sağ olub-olmaması müzakirə ...

Türkiyə, İran və Rusiya XİN başçıları ABŞ-də görüşdü

Türkiyə, İran və Rusiya xarici işlər nazirləri keçirdikləri birgə iclasda İsrailin Suriyaya hücumunu müzakirə edib.   Sfera.az xəbər verir ki, məluma...