Sülhə həmişəkindən daha yaxınıq - PA rəsmisi


Sülhə həmişəkindən daha yaxınıq - PA rəsmisi

Artıq regionda Ermənistanın xoşməramlılığı ilə deyil, Azərbaycanın hərbi və məcburi tədbirləri sayəsində əldə olunmuş faktiki sülh var.

 

Sfera.az xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İtaliyanın aparıcı mətbu orqanlarından olan “La Repubblica” qəzetinə müsahibəsində deyib.

 

"Otuz il ərzində münaqişənin həlli istiqamətində nəzərəçarpacaq nəticə əldə edilmədiyi üçün 2020-ci və 2023-cü illərdə biz Ermənistanın işğal etdiyi Qarabağ torpaqlarını azad edən və bununla da ərazi bütövlüyümüzü bərpa edən iki hərbi əməliyyat keçirməyə məcbur olduq. Biz müharibədə qalib gəldik, indi sülhü də əldə etmək istəyirik.

 

Biz sülhə həmişəkindən daha yaxınıq, lakin hələ də qarşıda maneələr var. Birincisi, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan Ermənistan konstitusiyasıdır. Onun preambulası erməni dilində Qarabağın Azərbaycan ərazilərinin Ermənistana “birləşdirilməsi” mənasını verən “Miatsum” sözü yazılan müstəqillik bəyannaməsinə istinad edir. Biz təkcə Ermənistan hökuməti ilə deyil, həm də Azərbaycanda ərazi iddialarından əl çəkərək konstitusiyaya dəyişiklik edilməsi üçün referendum keçirilməsi tələbi ilə səsini ucaltmalı olan erməni xalqı ilə də sülh razılaşması əldə etmək istəyirik. Sülh müqaviləsi kağız parçası deyil, Ermənistanda heç kimin bir daha Azərbaycana qarşı regionda sülhü təhdid edən revanşizmə əl atmayacağına zəmanət olmalıdır", - PA rəsmisi qeyd edib.


OXŞAR XƏBƏRLƏR

DİN-də Anım Gününə həsr olunmuş tədbir keçirilib - VİDEO

Daxili İşlər Nazirliyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş mərasim keçirilib.   Sfera.az xəbər verir ki, tədbirdə 44 günlük Vətən müharib...

İsrail yenidən Livana zərbələr endirir

İsrail ordusu Livanın cənubunda yerləşən, “Hizbullah”a bağlı hədəflərə yeni zərbələr endirdiyini açıqlayıb.   Sfera.az xəbər verir ki, bu...

Azərbaycan Premyer Liqasında VIII tura start verildi

Azərbaycan Premyer Liqasında VIII tura start verilib.   Sfera.az-ın məlumatına görə, turun açılış matçında "Araz-Naxçıvan" Sumqayıtda "...

Dönər mübahisəsi: Avropa Komissiyası Türkiyə və Almaniyaya altı ay vaxt verdi

Almaniya türk mühacirləri sayəsində məşhur küçə yeməyinə çevrilən dönər kababını öz milli yeməyi hesab edir. Bu barədə “The Economist” məlumat yayıb...

Daşkəsənin hərbi komissarı barəsində həbs qərarı verildi - RƏSMİ

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə muvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Səfərbərlik...

Qətldə ittiham edilən məhkum 56 ildən sonra bəraət qazanıb

Yaponiya məhkəməsi yarım əsrdən də bir qədər çox müddət sonra dünyanın ən uzun həbsdə ömür sürən məhbusu - 88 yaşlı İvao Xakamada bəraət qazandırıb.   ...