Bu marşrutların yolu DƏYİŞDİRİLİR - DİQQƏT!

Bu marşrutların yolu DƏYİŞDİRİLİR - DİQQƏT!

Sabahdan Bakıda 21, 30, 32, 49 və 120 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Puşkin küçəsi ilə təşkil ediləcək.

 

Sfera.az-a bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

 

Məlumata görə, buna səbəb paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 28-dən Nəsimi rayonunun Kövkəb Səfərəliyeva küçəsində (Müasir İnnovasiyalar Liseyinin qarşısından 28 May küçəsi ilə kəsişməyə qədər) nəqliyyat vasitələrinin hərəkətinin tam məhdudlaşdırılmasıdır.


OXŞAR XƏBƏRLƏR