Azərbaycanlı həkim-alimin elmi tədqiqat işi Avropada yüksək qiymətləndirilib - FOTO


Azərbaycanlı həkim-alimin elmi tədqiqat işi Avropada yüksək qiymətləndirilib - FOTO

Azərbaycanlı həkim-alim, Azərbaycan Tibb Universitetinin əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Cahid Calal oğlu Məmmədovun elmi tədqiqat işi Avropada böyük maraq doğurub və yüksək qiymətləndirilib.

 

Sfera.az-ın məlumatına görə, o, İtaliyanın paytaxtı Romada keçirilən Avropa Kəllə-Üz Çənə Cərrahları Federasiyasının Beynəlxalq Konqresində məruzə ilə çıxış edib.

 

C.Məmmədovun təqdim etdiyi iş kəllə-üz cərrahiyyəsi sahəsində yeni yanaşmalar və müasir metodlar üzərində qurulub. Onun tədqiqatı həm praktik, həm də elmi müstəvidə yeniliklər gətirdiyindən konqres iştirakçılarının diqqətini cəlb edib, onun gələcəkdə geniş tətbiq olunma potensialı qeyd olunub.

 

Konqres iştirakçıları azərbaycanlı alimin elmi fəaliyyətinə yüksək rəğbət göstəriblər və beynəlxalq əməkdaşlıq üçün böyük imkanların olduğunu vurğulayıblar. C.Məmmədovun bu uğuru Azərbaycanda tibb elminin inkişafında mühüm addım, ölkəmizlə yanaşı beynəlxalq tibb aləmində əhəmiyyətli hadisə kimi qiymətləndirilə bilər.

 

Cahid Məmmədov:

Tel : 050 220 58 59

e-mail: [email protected]

Inst: dr.cahid_mammadov


OXŞAR XƏBƏRLƏR

“Bred Pitt” qadınların 325 min avro pulunu mənimsəyib

İspaniya hakimiyyəti iki qadının 325 min avro pulunu aldatmaqla mənimsəyən, fırıldaqçılıqla məşğul olan beş nəfəri həbs edib.   Sfera.az bildirir ki, ş...

100 ildən çoxdur tərk edilib: Sahibi “Titanik”də ölən qəsr

Şəhər tədqiqatçısı və bloqqer (deserted_places) Fransada sahibinin 1912-ci ildə Titanikdə faciəvi şəkildə ölməsindən sonra tərk edilmiş qalanı ziyarət edib. ...

Heç nə etmədən gündə yüzlərlə dollar qazanır - FOTO

Dünyanı gəzən macəraçı Dryu Binski yaponiyalı Şoji Morimotonu işə götürüb. Bu adam bir neçə saat üçün təxminən 100 dollara "bir müddət dost" kimi işlə...

Rusiyada ukraynalılara qarşı 5 mindən çox cinayət işi başlanılıb

2014-cü ildən bəri Rusiya istintaq orqanları Ukrayna hərbi və siyasi hakimiyyət orqanlarının nümayəndələrinə, o cümlədən millətçi strukturlara qarşı 5300-dən ço...

Blinken:Sülh sazişi regiona sabitlik və rifah gətirəcək

ABŞ Dövlət Departamenti sentyabrın 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın BMT Baş Assamble...

Azərbaycanda Anım Günüdür

Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür.   Sfera.az bildirir ki, Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təs...