Beynəlxalq Füzuli Simpoziumu keçiriləcək

Beynəlxalq Füzuli Simpoziumu keçiriləcək

Bu il dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 ili tamam olur.

 

Sfera.az xəbər verir ki, bununla əlaqədar Türkiyənin Qazi Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası, Türk Kültürünü Araştırma İnstitutu və Türkiyədəki Azərbaycan səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Ankarada Beynəlxalq Füzuli Simpoziumu keçiriləcək.

 

Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, beynəlxalq simpoziumda dahi şair Məhəmməd Füzulinin həyatı, yaradıcılığı, əsərləri, onun Türk mədəniyyətindəki yeri, Türk dili və ədəbiyyatına təsirinə dair akademik səviyyədə məruzələr dinləniləcək, Füzulu yaradıcılığına dair aparılmış tədqiqatlar təqdim olunacaq və müzakirələr aparılacaq. Beynəlxalq simpoziumda Azərbaycan və Türkiyədən füzulişünas-alimlər, tədqiqatçılar, universitet müəllim və tələbələri iştirak edəcəklər.

 

Türkiyədəki Azərbaycan səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış və Məhəmməd Füzuliyə həsr edilmiş ədəbi-bədii, musiqili kompozisiya təqdim ediləcək. Azərbaycanlı müğənni, Beynəlxalq Muğam Mərkəzinin solisti, VI “Muğam” müsabiqəsinin qalibi Almaxanım Əhmədli Füzuliyə həsr olunmuş musiqi nümunələrini və “TRT Türkü” radio kanalının “Azerbaycan rüzgarı” verilişinin aparıcısı Səidə Ömər dahi şairin əsərlərindən şeirlər ifa edəcəklər.


OXŞAR XƏBƏRLƏR

“Bred Pitt” qadınların 325 min avro pulunu mənimsəyib

İspaniya hakimiyyəti iki qadının 325 min avro pulunu aldatmaqla mənimsəyən, fırıldaqçılıqla məşğul olan beş nəfəri həbs edib.   Sfera.az bildirir ki, ş...

100 ildən çoxdur tərk edilib: Sahibi “Titanik”də ölən qəsr

Şəhər tədqiqatçısı və bloqqer (deserted_places) Fransada sahibinin 1912-ci ildə Titanikdə faciəvi şəkildə ölməsindən sonra tərk edilmiş qalanı ziyarət edib. ...

Heç nə etmədən gündə yüzlərlə dollar qazanır - FOTO

Dünyanı gəzən macəraçı Dryu Binski yaponiyalı Şoji Morimotonu işə götürüb. Bu adam bir neçə saat üçün təxminən 100 dollara "bir müddət dost" kimi işlə...

Rusiyada ukraynalılara qarşı 5 mindən çox cinayət işi başlanılıb

2014-cü ildən bəri Rusiya istintaq orqanları Ukrayna hərbi və siyasi hakimiyyət orqanlarının nümayəndələrinə, o cümlədən millətçi strukturlara qarşı 5300-dən ço...

Blinken:Sülh sazişi regiona sabitlik və rifah gətirəcək

ABŞ Dövlət Departamenti sentyabrın 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın BMT Baş Assamble...

Azərbaycanda Anım Günüdür

Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür.   Sfera.az bildirir ki, Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təs...