Kəlbəcərdə mühüm iclas: tapşırıqlar verildi


Kəlbəcərdə mühüm iclas: tapşırıqlar verildi

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın növbəti iclası Kəlbəcər şəhərində keçirilib.

 

Sfera.az xəbər verir ki, Qərargahın rəhbəri sentyabr ayında Azərbaycan tarixində xüsusi əhəmiyyətli bir sıra hadisələrin baş verdiyini vurğulayaraq, bir il əvvəl sentyabrın 19-20-də Qarabağda həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində ölkəmizin dövlət suverenliyinin tam bərpa edildiyini bildirib.

 

Qeyd olunub ki, bu tarixi günün ildönümü ərəfəsində dövlətimizin başçısı tərəfindən sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi təsis edilib.

 

İclasda Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş bütün şəhidlərin əziz xatirəsi dərin hörmətlə yad edilərək, 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsinin Zəfərlə nəticələnməsinin uzaq keçmişdən davam edən ədalətsiz tarixi prosesə son qoyduğu və torpaqlarımıza əsl sahiblərinin əbədi qaytarılmasına yol açdığı iştirakçıların diqqətinə çatdırılıb.

 

Qərargahın rəhbəri bildirib ki, bu gün dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş bütün ərazilər böyük quruculuq və bərpa dövrünü yaşayır. Dövlətimizin başçısının təsdiqlədiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən işğaldan azad edilmiş ərazilərin hərtərəfli inkişafına nail olmaq məqsədilə bütün prioritet istiqamətlər üzrə çoxşaxəli işlər görülür.

 

İşğaldan azad edilmiş ərazilərdə müasir və səmərəli istehsal, ticarət və xidmət infrastrukturlarının yaradılması, sənaye potensialının reallaşdırılması, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması istiqamətində bir sıra tədbirlərin, o cümlədən investisiya layihələrinin maliyyələşdirilməsinin, sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin olunmasının və kredit faizlərinin subsidiyalaşdırılmasının həyata keçirildiyi bildirilib. Qeyd olunub ki, cəmi 3 il ərzində Ağdam Sənaye Parkı rezident sayına görə ölkə sənaye parkları arasında ikinci yerdə qərarlaşıb.

 

Bununla yanaşı, dayanıqlı məskunlaşmanın təmin olunması üçün keçmiş məcburi köçkünlərin məşğulluq məsələlərinin kompleks şəkildə həlli və onların davamlı iqtisadi fəallığının təmin edilməsi məsələlərinə xüsusi diqqət yetirildiyi bildirilib.

 

Daha sonra iclasın gündəliyinə uyğun olaraq, Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin fəaliyyəti, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası, əhalinin məşğulluğunun və dayanıqlı məskunlaşmasının təmin edilməsi, ərazilərdə nəqliyyat infrastrukturunun qurulması, habelə bölgədə turizmin bərpası və inkişafı sahələri üzrə görülən işlər barədə məruzələr dinlənilib. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəliyi tərəfindən görülən və planlaşdırılan işlər barədə məlumatlar təqdim edilib.

 

İclasın sonunda Azərbaycan Respublikasının Prezidenti tərəfindən Əlaqələndirmə Qərargahı qarşısında qoyulan vəzifələrin icrasından irəli gələrək müvafiq tapşırıqlar verilib.

 

Səfər çərçivəsində Kəlbəcər rayonunun ərazisində görülmüş müvafiq işlərlə tanışlıq olub və bir sıra obyektlərə baxış həyata keçirilib.


OXŞAR XƏBƏRLƏR

Makron: Paris Kiyevə silah tədarükünü davam etdirəcək

"Fransa Ukraynanı silahla təmin etməyə davam edəcək və uzunmüddətli perspektivdə təhlükəsizliyin təmin olunmasına kömək edəcək". Sfera.az xəbər v...

9 saat səmada qalan təyyarə qalxdığı hava limanına geri qayıtdı

Bu yaxınlarda “American Airlines” reysi ilə uçan sərnişinlər doqquz saat səmada qaldıqdan sonra təyyarənin qalxdığı hava limanına geri dönüblər. ...

Şagirdlərin zəhərləndiyi deyilən məktəbin valideynləri DANIŞDILAR - VİDEO

Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbdə təhsil alan iki şagirdin zəhərlənməsi ilə bağlı iddialar yayılıb.   Sfera.az bildirir ki, hadisənin məktə...

Quttereş: "Dünyada qlobal fəlakət gözlənilir"

Dünya qlobal iqlim fəlakəti ilə üz-üzədir.   Sfera.az xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş məlumat verib. Quterreş bildirib ki...

Qoşa Qalanın tək dərdi...- VİDEO

Həm yerli, həm də xarici turistlərin Bakıya gələrkən üz tutduğu məkanlardan biri də İçərişəhər Tarixi Memarlıq Qoruğudur.   Sfera.az-ın məlumatına gö...

Bayden Harrisə Trampı məğlub etmək üçün hansı tövsiyəni verdi?

ABŞ Prezidenti Co Bayden ABC News telekanalına müsahibəsində deyib ki, demokrat namizədə ölkədə qarşıdan gələn prezident seçkilərində qalib gəlmək üçün “ö...