Sərhədi pozmağa cəhd göstərən əcnəbilər saxlanıldı


Sərhədi pozmağa cəhd göstərən əcnəbilər saxlanıldı

Sentyabrın 21-də saat 15:17-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində İrandan Azərbaycana istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan vətəndaşları 2002-ci il təvəllüdlü Mədəvi Muhəmmədxəlil Cavad, 2003-cü il təvəllüdlü Məhəmmədi Əlirza Məhəmmədhəsən, 2004-cü il təvəllüdlü Rzayi Əzizulla Məhəmmədalim və 2006-cı il təvəllüdlü Məhəmmədi Mehdi Zaher saxlanılıb.

 

Sfera.az xəbər verir ki, bu barədə DSX məlumat yayıb.

 

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.


OXŞAR XƏBƏRLƏR