Logo

Sabah bu ərazilərdə su KƏSİLƏCƏK - XƏBƏRDARLIQ!

Sabah bu ərazilərdə su KƏSİLƏCƏK - XƏBƏRDARLIQ!
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sabah Bakının Balaxanı, Sabunçu və Ramana qəsəbələrinin bir hissəsinə suyun verilməsində fasilə yaranacaq.

Bu barədə Sfera.az Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir.

Bildirilib ki, su anbarından çıxan xəttin üzərinə sayğacın quraşdırılması səbəbilə sentyabrın 26-sı saat 06:00-dan 20:00-a qədər təmir işləri aparılacaq.

İşlər yekunlaşdıqdan sonra suyun əvvəlki rejimlə verilməsi istiqamətində prosedurlara başlanılacaq.

Qurum narahatlığa görə abonentlərdən üzr istəyir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR