İsveçdə nikahlarla bağlı 5 il QANUNU: Azərbaycanda da tətbiq edilə bilərmi? - AÇIQLAMA

İsveçdə nikahlarla bağlı 5 il QANUNU: Azərbaycanda da tətbiq edilə bilərmi? - AÇIQLAMA

Bir neçə gün bundan əvvəl İsveçdə nikahların 5 ilə məhdudlaşdırıldığı iddiası sosial mediada gündəm oldu.  Qeyd edildi ki, bu ölkədə yeni qərarla 5 ili tamamlayan evli cütlər yenidən bələdiyyəyə gedərək evli qalmaq istəyib-istəmədiklərini bəyan edəcəklər. İddialara görə, evli qalmaq istəyən cütlüklər ikinci 5 il nikahlarını davam etdirəcək, cütlüklərdən biri evli qalmaq istəməsə, boşanma baş verəcək. Məqsəd isə ailə birliyinin ona layiq olan insanlara verilməsini təmin etməkdir. Bu məlumat rəsmi olaraq təsdiqlənməsə də, cəmiyyətimizdə müzakirə olundu. Belə ki, bəziləri boşanmanın bu qədər rahat olmasının doğru olmadığnı desə də, digərləri Azərbaycanda da bu cür sistemə ehtiyac olduğunu bildirdi.  

 

Maraqlıdır, Azərbaycanda bu cür qərarların tətbiq edilməsinə ehtiyac varmı? Boşanmaların asanlaşdırılması həm də normal evliliklərin qurulmasına zəmin yarada bilərmi?


Bununla bağlı Sfera.az-a açıqlama verən sosioloq Lalə Mehralı deyib ki, Azərbaycanda boşanma onsuz da su içmək qədər asan prosesdir:

 

“Ailəsindən narazı olan, evliliyini davam etdirmək istəməyən, həyat yoldaşı ilə konflikti olan, bəzən hətta olmayan istənilən şəxs boşanmaya gedə bilir. Əslində bu günə qədər boşanmaların sayının azalması, ailə institunun xilas edilməsiilə bağlı ciddi tədbirlər görülməli idi. Ötən günlərdə boşanma və nikahla bağlı bu ilin ilk 6-7 aylıq statistikası da açıqlandı. Hər iki nikahdan biri dağılmağa məhkumdur. Bununla bağlı Azərbaycanda vəziyyət o qədər də qənaətbəxş deyil. İnsanlar “boşanma ağırılı, uzun prosesdir” deyə bilməz. Çünki bu, belə deyil. Boşanma kifayət qədər bəsitləşdirilib və hər yerindən duran boşana bilir”.

 

Sosioloq qeyd edib ki, məhkəmələr əvvəl boşanma prosesinin üzərində daha çox dayanırdı:

 

“Tərəfləri barışdırmaq, konfliktləri həll etməklə problemi yoluna qoymaq üçün daha çox çalışırdı. Amma indi insanda elə bir təəssürat yaranır ki, hər məhkəməyə gedən boşanır. Ona görə də statistikada bu qədər ciddi artım var. Ümumiyyətlə, evliliyin ilk 5 ili həm yerli, həm də xarici ekspertlər tərəfindən “kritik dövr” adlandırılır. Yəni evliliyində 5 ili yola verdinsə, sonrakı dövr üçün sənə zaval yoxdur. Boşanmaların da statistikasında görünür ki, bir neçə il evli qalanlar, heç 5 ilə çatmayanlar daha çox boşanmaya müraciət edirlər. Bir neçə il bundan qabaq Gəncə ölkə üzrə rekord vurmuşdu – 5 ilə çatmamış ailələrin dağılması statistikası bu bölgədə maksimum həddə idi”.

 

L.Mehralı bildirib ki, evliliyin ilk 5 ilində hər iki tərəf öz doğrularını diktə etməyə, düz bildiklərini ailəsində tətbiq etməyə çalışır:

 

“Ortaq məxrəcə gəlmək bir az çətin olur, 5 il ərzində onlar artıq qərar verə bilirlər ki, “mən” yoxsa “biz” daha önəmlidir. Ailədə hansı daha vacibdir? Əgər bu kritik prosesi keçə bilirlərsə, ailənin uzunömürlülüyünü də təmin etməyə nail olurlar. Bu baxımdan düşünürəm ki, Azərbaycanda boşanma sayının artmasının qarşısını almaq üçün mütləq qaydada boşanmadan müdafiə mexanizmi işlənməlidir. Necə etmək lazımdır ki, ailələr boşanmanı çıxış yolu kimi görməsinlər. Bu istiqamətdə ekspertlər, sosioloqlar, psixoloqlar çalışmalıdırlar. Biz əslində Mediasiya Şurasına böyük ümidlər bəsləyirdik. Boşanmaların azalması istiqamətində fəaliyyətinin qənaətbəxş olacağını düşünürdük. Təəssüf ki, bu qurum belə bunun qarşısını ala bilmədi”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...