Mərkəzi Bank bu təşkilatlara lisenziya verdi

Mərkəzi Bank bu təşkilatlara lisenziya verdi

Azərbaycan Mərkəzi Bankı (AMB) “Greentek Group” MMC-yə və “Payriff” QSC-yə elektron pul təşkilatı, “Fizza Pay” və “Kabox” MMC-lərə isə ödəniş təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya verib.

 

Bu barədə Sfera.az AMB-yə istinadən xəbər verir.

 

Məlumata görə, lisenziya "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna əsasən verilib.

 

"Ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam edir", - deyə AMB bəyan edib.

 

AMB bundan əvvəl “A-Solutions", "United Payment", "Modenis", "PashaPay", “Mobile Payment Solutions”, "Paysis”, "PulPal" və "K Group" MMC-lərə, "GoldenPay" ASC-yə və “Mpay” QSC-yə elektron pul təşkilatı, “Token Azərbaycan”, “Global Innovations”, “Drakaris”, “Multi Solutions”, “M.A.X Sistemləri Plyus” və “Cibpay” MMC-lərə ödəniş təşkilatı, “Azərikard” MMC-yə isə elektron pul təşkilatı və ödəniş sistemi operatoru kimi fəaliyyət göstərmək hüququ verən müddətsiz lisenziyalar verib. Beləliklə, bu sahədə lisenziyası olan təşkilatların sayı 21-ə çatıb.


OXŞAR XƏBƏRLƏR

Sərhədi pozmağa cəhd göstərən əcnəbilər saxlanıldı

Sentyabrın 21-də saat 15:17-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıql...

TƏBİB xəstələr üçün yeni təxliyə planı hazırladı

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun sədrliyi ilə tabeli tibb müəssisələrinin direktorlarının və digər rəhbər şəxslərin, eləcə də TƏBİB-in müavin, müşavir...

PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabr ayı üçün qəbul CƏDVƏLİ

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (PA) Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin oktyabr ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb. &n...

Azad olunan ərazilərə səfər üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm...

Sabah bu rayonun yaşayış məntəqələrində qaz olmayacaq

Biləsuvar rayonunun 5 yaşayış məntəqəsində qaz kəsiləcək.   Sfera.az-ın məlumatına görə, rayon ərazisində yerləşən “Biləsuvar” qaz paylay...

Departament rəhbəri işdən çıxarıldı

Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Kvalifikasiyaların tanınması departamentinin direktoru işdən çıxarılıb.   Sf...