DYP-dən vətəndaşlara toy karvanları ilə bağlı XƏBƏRDARLIQ

DYP-dən vətəndaşlara toy karvanları ilə bağlı XƏBƏRDARLIQ

Toy karvanları yollarda bəzi problemlər yaradır. İlk növbədə bu karvanlar digər nəqliyyat vasitələrinin hərəkətinə çətinlik törədir.  Yol boyu hərəkət zolaqlarını zəbt edən, yüksək sürətlə sürülən avtomobillərin müxtəlif səs siqnalları verməsi qaydalarla üst-üstə düşmür. Bunlarla yanaşı, bəzən toy mərasimləri zamanı avtonəqliyyat vasitələri ilə törədilən kobud qayda pozuntuları faciələrə səbəb olur. Dəfələrlə bu istiqamətdə tədbirlərin görülməsinə, xəbərdarlıqlar edilməsinə baxmayaraq, hələ də bu qəbildən olan hadisələrlə rastlaşırıq.Elə ötən gün də oxşar qəza hadisəsi baş verib. Belə ki, toy karvanına yetişmək üçün tələsən sürücü  “VAZ” markalı avtomobillə sərt döngədə idarəetməni itirərək yük avtomobili ilə toqquşub və 5 nəfər yaxın qohum eyni vaxtda həyatını itirib.

 

Bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsindən Sfera.az-a açıqlama verilib.

 

Qurum məsələ ilə bağlı bir daha xəbərdarlıq edib: “Yeni ailə quran gənclərin sevincinə şərik olmaq niyyəti ilə toy karvanlarına qoşulan sürücülər digər hərəkət iştirakçılarına münasibətdə heç bir üstünlüyə malik olmadıqlarını unutmamalı, əksinə, bir neçə nəqliyyat vasitəsinin ahəngdar hərəkəti zamanı şəraitin daha da mürəkkəbləşdiyini nəzərə almalı, məsuliyyətsiz davranmaqla xoşagəlməz nəticələrə rəvac verməməlidirlər”.

 

Qurum əlavə edib ki, toy karvanlarında nəqliyyat vasitələrinin sayının az olması, iştirakçıların bir hərəkət zolağı üzrə hərəkət etməsi, ara məsafəsi saxlaması, optimal sürət seçilməsi, sərxoş sürücülərin dərhal hərəkətdən kənarlaşdırılması tədbirin təhlükəsiz başa çatması üçün başlıca şərtdir: “Bu həm də dəyər verdiyimiz insanların ən xoş günlərinin xoşbəxt anlarla yadda qalmasına töhfə verən davranışdır”.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR

TƏBİB xəstələr üçün yeni təxliyə planı hazırladı

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun sədrliyi ilə tabeli tibb müəssisələrinin direktorlarının və digər rəhbər şəxslərin, eləcə də TƏBİB-in müavin, müşavir...

PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabr ayı üçün qəbul CƏDVƏLİ

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (PA) Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin oktyabr ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb. &n...

Azad olunan ərazilərə səfər üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm...

Sabah bu rayonun yaşayış məntəqələrində qaz olmayacaq

Biləsuvar rayonunun 5 yaşayış məntəqəsində qaz kəsiləcək.   Sfera.az-ın məlumatına görə, rayon ərazisində yerləşən “Biləsuvar” qaz paylay...

Departament rəhbəri işdən çıxarıldı

Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Kvalifikasiyaların tanınması departamentinin direktoru işdən çıxarılıb.   Sf...

İtaliya vətəndaşlarını Livanı tərk etməyə ÇAĞIRDI

İtaliya Respublikasının baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani italiyalıları Livanı tərk etməyə çağırıb.   ...