Azərbaycanda su ehtiyatları 20-25 faiz AZALACAQ

Azərbaycanda su ehtiyatları 20-25 faiz AZALACAQ

"Hazırda bütün dünyada, o cümlədən ölkəmizdə qlobal iqlim dəyişilmələrinin neqativ təsirləri getdikcə genişlənir. Bu təsirlər arid zonalarada yerləşən ölkələrdə daha çox hiss olunmaqdadır ki, Azərbaycan da həmin ölkələr sırasına daxildir".

 

Sfera.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini Zakir Quliyev “Avropa və Mərkəzi Asiya ölkələrinin aqro-ərzaq sektorunda iqlim tədbirlərinin gücləndirilməsi” mövzusunda keçirilən Regional İqlim Konfransında çıxışı zamanı bildirib.

 

O qeyd edib ki, indiki şəraitdə ekoloji tarazlığın qorunub saxlanılması, təbii ehtiyatlardan səmərəli istifadə edilməsi, suyun, torpağın və atmosferin çirklənmədən mühafizə olunması ümumbəşəri problemə çevrilib.

 

“Dünyada demoqrafik artımla yanaşı, istehlakın kəskin artması, qlobal istiləşmə, təbii ehtiyatların tükənməsi kimi narahatlıq doğuran məsələlər ətraf mühitlə bağlı təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir. Qlobal ekoloji böhran şəraitində iqtisadiyyat, cəmiyyət və ətraf mühit arasında zəruri balansın saxlanılması yalnız inkişafın yeni, ekoloji təhlükəsiz və iqtisadi baxımdan optimal modelinin formalaşdırılması hesabına ola bilər.

 

Azərbaycanın su ehtiyatları olduqca məhduddur. Çoxillik məlumatlara əsasən, respublikanın yerüstü su ehtiyatları 30 milyard kubmetr təşkil edir. Bu ehtiyatların yalnız 30 faizi ölkə ərazisində formalaşır, 70 faizi isə qonşu ölkələrin ərazilərindən daxil olur. Son illər iqlim dəyişikliklərinin və uzun sürən quraqlıqların təsirindən ölkəmizin əsas su arteriyaları olan Kür və Araz çaylarının axını kəskin surətdə azalır, daxili çayların bir çoxu isə tamamilə quruyur. Belə bir şəraitdə ilin isti aylarında kənd təsərrüfatı bitkilərinin suya olan tələbatı maksimum həddə çatdığından onların suvarma suyu ilə təminatı çətinləşir. Bu problemin həlli mövcud su ehtiyatlarından daha səmərəli istifadə edilməsi, digər tərəfdən qeyri-ənənəvi (yeraltı, kollektor-drenaj, çirkab və tullantı, dəniz) sulardan kənd təsərrüfatı bitkilərinin suvarılmasında istifadə imkanlarının daha ətraflı tədqiq edilməsi zərurətini yaradır. Proqnoz məlumatlara əsasən, ölkə üzrə su ehtiyatlarının 2020-2050-ci illərdə 20-25 faiz, 2070-2100-cü illərdə isə 30-35 faiz azalması gözlənilir”, - deyə o əlavə edib.


OXŞAR XƏBƏRLƏR

Bu küçədə zolaqlar standartlara uyğunlaşdırılaraq yeniləndi - FOTO

Zərifə Əliyeva küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsindən Puşkin küçəsi ilə kəsişməsinədək olan hissəsində 2 hərəkət zolağı saxlanılaraq, ikitərəfli...

Altı məktəb direktoru İŞDƏN ÇIXARILDI - RƏSMİ

Naxçıvan Muxtar Respublikasında (MR) altı məktəb direktoru vəzifədən azad olunub.   Sfera.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublika...

Peşə məktəblərinə qəbul olanların sayı ARTIB

Peşə təhsili almaq istəyənlərin sayı artıb. Sfera.az xəbər verir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən 2024/2025-ci tədris ili üzrə peşə təhsil...

Tramp-Zelenski görüşü baş tutmayacaq - “Associated Press”

ABŞ prezidentliyinə namizəd Donald Tramp Ukrayna lideri Volodimir Zelenski ilə görüşmək niyyətində deyil.   Sfera.az bildirir ki, bu barədə “As...

"Azərbaycanın hərbi sənaye imkanları hansı səviyyədədir? - Sorğu NƏTİCƏLƏRİ

Sosial Tədqiqatlar Mərkəzi Azərbaycanın hərbi sənaye imkanlarına ictimai münasibəti öyrənmək məqsədilə əhali arasında sorğular keçirib.    STM-d...

"Rusiya bizim üçün “müqəddəs məkan” deyil, istənilən vaxt..." - İranın Qərbə verdiyi MESAJ

Ötən gün İran Prezidenti Məsud Pezeşkian Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxış edərkən Rusiyanı təcavüzkar adlandırıb: &quo...