“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – AYGÜN KAZIMOVA TARİXİ AÇIQLADI

“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – AYGÜN KAZIMOVA TARİXİ AÇIQLADI

Azərbaycan estradasının əsas ulduzu, Xalq artisti Aygün Kazımova “Kontakt”ın mənzil uduşlu “Şeş-Qoşa” kampaniyasının final mərhələsində çıxış etməyə hazırlaşır. Pop musiqinin divası bu dəfə final tədbirinin bütün məlumatlarını özü açıqlayıb.

 

Artıq iki aydır davam edən və böyük uduşları ilə milyonları sevindirən “Şeş-Qoşa” kampaniyasının böyük final tarixi yaxınlaşır. Bu ilki final kampaniyanın tarixindəki ən irimiqyaslı və unudulmaz tədbirlərdən biri olacaq. Çünki möhtəşəm finalda mükafatların – ən yeni “Toyota Corolla Cross” avtomobilinin və “Sea Breeze”də dəniz mənzərəli lüks mənzilin sahibi və ya sahibləri bəlli olacaq.

 

Tədbirə xüsusi rəng qatacaq məqam isə sevilən ulduz Aygün Kazımovanın canlı konsert proqramı ilə çıxış etməsi olacaq! Məşhur müğənni xüsusi səhnə şousu və ən hit mahnıları ilə bu gecəyə damğa vurmağa hazırlaşır.

 

Hətta, Xalq artisti sosial media hesablarında etdiyi son paylaşım ilə izləyicilərinə bu tədbirin nə qədər maraqlı olacağı barədə ipucu verib. Tədbirin sentyabrın 29-u, saat 17:00-da “Kontakt”ın Ukrayna dairəsi mağazasında baş tutacağını da elə ilk olaraq  Aygün Kazımova açıqlayıb.

 

Bu final gecəsi böyük mükafatlar qazanmaqla yanaşı, həm də musiqi və əyləncə dolu bir axşam yaşamaq üçün ideal fürsətdir. Ona görə də, Aygün Kazımova iştirakçılara, eləcə də tədbir izləyicilərinə “Kontakt”ın hər kəsi sevindirəcəyi bu finalı qaçırmamağı tövsiyə edir.

 

Daha ətraflı məlumat üçün *6060 Çağrı Mərkəzi ilə əlaqə yarada bilərsiniz.

 


OXŞAR XƏBƏRLƏR

“Land Rover”də narkotik AŞKARLANDI - FOTO

Texniki baxışa təqdim edilən avtomobildə narkotik maddə aşkarlanıb.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bil...

Bu müəllimlər 1000 manat CƏRİMƏLƏNƏCƏK

Ötən günlərdə Azərbaycan Tibb Universitetinin müəlimi Nazxanım Nəzirbəyin təhsil ocağının tələbələrinin fotosunu çəkməsi və üstəlik bunu sosial şəbəkədə paylaşa...

Almaniya Qazaxıstandan neft idxalını ARTIRACAQ - RAZILAŞMA

Almaniya Qazaxıstandan neft tədarükünü artırmağı xahiş edib.   Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, bununla bağlı məlumatı Qazaxıstan...

"Kimdə nə yoxdursa, ona meyilli olur..." - Psixoloqdan son günlərin trendi ilə bağlı AÇIQLAMA

Son günlər göz rəngini dəyişən insanların sayında artım müşahidə olunur. Bu sıraya xüsusilə məşhurlar qoşulub. Ötən gün aparıcı Nanə Ağamalıyevanın da göz rəngi...

Dünya çempionu 31 yaşında karyerasını BAŞA VURDU

Fransa millisi ilə dünya çempionatının qalibi olan Rafael Varan karyerasını başa vurub.   Sfera.az xəbər verir ki, 31 yaşlı müdafiəçi bu barədə rəsmi...

Azərbaycanda su ehtiyatları 20-25 faiz AZALACAQ

"Hazırda bütün dünyada, o cümlədən ölkəmizdə qlobal iqlim dəyişilmələrinin neqativ təsirləri getdikcə genişlənir. Bu təsirlər arid zonalarada yerləşən ölkə...